Müharibə vaxtı “gözəgörünməz” olmuşdu, pul bölünəndə yenidən zühur etdi…
Tərtər Azərbaycanın qəhrəman şəhəri olduğunu iki dəfə sübut edib. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində. Bunu edən qürurlu və qəhrəman Tərtər sakinləri olub. Onlar öz torpaqlarını amansız düşməndən qorumaq üçün böyük şücaət göstəriblər.
Baxmayaraq ki, Vətən Müharibəsi zamanı təkcə şəhərin mərkəzinə düşmən tərəfindən gün ərzində 2 min raket atılırdı, bu, sakinləri nəinki qorxudur, əksinə onları daha da cəsarətləndirirdi. Məhz həmin müharibə vaxtı Tərtər sakinlərinin dediklərinə görə, rayona uzun illərdir rəhbərlik edən Müstəqim Məmmədov “gözəgörünməz” olmuşdu. Başçının həmin vaxt axşamlar daha təhlükəsiz bölgələrdə, məsələn, Yevlax şəhərində gecələdiyi bildirilirdi. O, bir də rayona dəymiş ziyanın kompensasiya olunması üçün dövlət tərəfindən maliyyə ayrılan zaman üzə çıxdı. Yəqin ki, bu diqqətli oxucuların yadındadır.
Bir müddət əvvəl mediada M. Məmmdovun adı həmin kompensasiyanı manimsəməkdə hallanırdı. Üç gündür M. Məmmədov yenidən medianın ulduzu olub. Onun nümayiş etdirdiyi böyük cəsarətin videosu mətbuatı və sosial şəbəkələri “bəzəyir”. Amma Məmmədov bu cəsarəti düşmənə qarşı deyil böyük bir sınaqdan çıxmış, cavabdeh olduğu rayonun sakinlərinə qarşı edir. Vətən Müharibəsindən üzüağ çıxmış sakinlərin başını sığallamalı, onların problemlərinin həllinə ürəklə yanaşmalı olduğu halda dövlət məmuruna yaraşmayan bir davranış nümayiş etdirir. Biz belə halları, ifadələri adətən küçədə dava edən kriminal şəxslərin dilindən eşidə bilərik. Videonu görməyən oxucular üçün onu yazının sonunda yenidən təqdim edəcəyik.
Ondan yardım istəyən bir sakinin üstünə bu dərəcədə xoruzlanmaq cəsarətini nümayiş etdirən başçıya qoy oxucular özü qiymət versin. Bəs yoldaş Məmmədov sakinin üzərinə bu şəkildə çənkirmək cəsarətini kimdən alır? Necə ola bilər ki, idarəçiliyi məhz onun kimi həyata keçirən icra başçılarının həbsdə olduğu bir vaxtda o gözü çıxan qardaşlarından dərs götürmür? Axı media və sosial şəbəkə istifadəçiləri neçə müddətdir növbəti dəfə məhz elə Tərtərin “padşahının” qapısının qaramaskalı oğlanlar tərəfindən döyülmədən açılacağını ehyam vururlar. Yəni onun gözünü pul bu qədərmi tutub ki, başının üzərində oynayan qara buludları görmür?
Tərtər camaatı Azərbaycanın ən zəhmətkeş zümrələrindən biridir. Buradakı əhalinin böyük əksəriyyətinin dolanışığı torpaqdan, əkin - biçindən çıxır. Əkinə yararlı torpaqların isə bu icra başçısı tərəfindən zəbt olunması haqda internet resursları şikayətlərlə doludur. Başçının bu işğalı bir tərəfə qalsın, yay ayları gələndə əhali daha böyük problemlə üzləşir. Bütün suvarma kanalları icra başçısının ucu-bucağı görünməyən sahələrinə axır. Qaragünlü camaatın isə əkdiyi məhsul gözünün qabağında yanıb külə dönür. Məmmədovun cəsarət aldığı, onu icra başçısı edən əl çoxdan “kəsilib”. Rüşvət hesabına idarəçiliyə gətirilən şəxslərin də bu səhnədən silinəcəyi gec, ya da tez baş tutacaq. İslahatların davam etməsi günün tələblərindən biridir. Doymaq bilməyən məmurlarla heç bir bölgəni inkişaf etdirmək mümkün deyil. Onların hələ əlində rüşvət ləkəsi olmayan şəxslərlə əvəz olunmasın prosesinin davam etməsi tunelin sonunda işıq olduğunu göstərir. Yeni təyin olunan gənc icra başçılarının ola bilsin ki, idarəçilik təcrübələrinin azlığından rəhbərlik etdikləri rayonlarda müəyyən problemlər mövcud olub. Amma onların rüşvətxor olmaması ən azından digər problemlərin zamanla həll olunacağına ümid yaradır. M.Məmmədova isə belə görünür ki, heç bir ümid yoxdur.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-06-2021, 19:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-06-2021, 19:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti