Azərbaycanda bələdiyyələr niyə əlavə yükə çevrilib? – Xərclərin böyük qismi...
Azərbaycanda bələdiyyələrin səlahiyyət dairəsində olan cəmi 5 yerli əhəmiyyətli məsələ var. Bunlar yol təsərrüfatının idarə olunması, ərazinin abadlaşdırılması, qəbristanlıqların saxlanılması, fərdi ev tikintisi üçün torpaq və bağ səhələrinin ayrılması, park və yaşıllıqların saxlanılmasıdır.
Məhdud səviyyədə bələdiyyələrə səlahiyyət verilsə də, onlar bu hüquqlarından müstəqil şəkildə istifadə edə bilmir. Belə ki, məsələn, bələdiyyələr icra hakimiyyəti orqanlarının rəyi olmadan torpaqayırma sənədlərini hərraca hazırlaya bilməz. Bu asılılıq, həmçinin bələdiyyələrin öz mülkiyyəti üzərində sərbəst sərəncamvermə və sahiblik hüququnu məhdudlaşdırır.
2020-ci ilin məlumatına əsasən, bələdiyyələrin xərcləri 34,383 milyon manat olub və əvvəlki illə müqayisədə 5,5 faiz azalıb. Xərclərin 65,7 faizi (22,6 milyon manat) bələdiyyələrin saxlanılmasına ayrılıb. Cəmi xərclərin 11,3 faizi (3,87 milyon manat) kommunal təsərrüfatı xərclərinə, 4,7 faizi (1,63 milyon manat), sosial müdafiə və sosial təminat xərclərinə, 4,1 faizi (1,42 milyon manat) mənzil təsərrüfatı xərclərinə, 14,2 faizi digər xərclərə yönəldilib.(Snema.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:3-06-2021, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-06-2021, 11:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti