reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kimlər metrodan istifadə edə bilməz? - Marşrutlara girə biməyən dilənçilər, indi də metroya dadanıblar

reklam

Kimlər metrodan istifadə edə bilməz? - Marşrutlara girə biməyən dilənçilər, indi də metroya dadanıblar



Mayın 31-dən etibarən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti qapılarını sərnişinlərinin üzünə açıb.

Belə ki, 4 gündür fəaliyyət göstərən metroda demək olar ki, hər şey qaydasındadır. Lakin dünən axşam saatlarında “28 May” stansiyasından “Sahil” istiqamətində hərəkət edən qatarda azyaşlı uşağın dilənçilik fəaliyyəti ilə məşğul olduğu müşahidə edilib. Bu da sərnişinlərin metrodakı rahatlığının pozulması deməkdir.

Maraqlıdır, dilənçilərin metroya daxil olmasına icazə varmı? Ümumiyyətlə, metroda dilənçilik fəaliyyəti ilə məşğul olanlara nəzarət mexanizmi varmı? Kimlər metrodan istifadə edə bilməz?

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, bütün insanların metroya girişi normaldır:

“Əgər şəxs sərnişin kimi metroya daxil olursa, əlində qeyri-qanuni bir şey yoxdursa, o artıq düşüb vaqonda dilənçilik fəaliyyəti ilə məşğul olursa, o zaman digər sərnişinlər bizə məlumat verməlidirlər. Bütün sahəyə nəzarət etmək bir qədər çətin məsələdir. Bu haqda polisə də, müraciət edə bilərsiniz. Bir şəxs sərnişin kimi 30 qəpiyini verib keçəndə onu müəyyən etmək olmur dilənçidir, yoxsa yox? Sərnişinlərə dini, dili, irqi arasında fərq qoymuruq.

Metrodan hansı hallarda istifadə etmək olmaz deyə, yazılmış xüsusi müddəalar var. Sərnişin sərxoş olan halda, geyimi, yükü ilə zərbə yetirərsə, bu zaman metrodan istifadə edə bilməz. Vaqonlarda belə hallarla qarşılaşdıqda metropoliten işçisinə, ya da maşinistlə əlaqə düyməsinə basaraq maşinistə deyə bilərsiniz.

Dilənçilər adi geyimdə, adi qaydada metroya daxil olduğuna görə bizim işçilər onları ayrıd edə bilmirlər”.



Paylaş:


Müəllif : Tarix:
3-06-2021, 17:06
Sikayət   


loading...
Загрузка...