Şəhid anası: "Banka olan borcumuz ödənildi" - VİDEO
- Allah oğluma bu ucalığı nəsib etdi. Təsəllim odur ki, oğlum istədiyi zirvəyə ucaldı. Bir ana kimi qürur duyuram. Göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Mehriban xanıma təşəkkür edirəm. Allah heç bir anaya bu ağrını bir daha yaşatmasın. Tanrı xalqımızı qorusun!
Vətən Müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
APA TV-nin xəbərinə görə, topçu şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova da onlara göstərilən sosial diqqətdən razılığını ifadə edir: “Müalicəmlə bağlı Dövlət Məşğulluq Agentliyinin köməyi ilə çek-up müayinə olundum. Dərmanlarım “YAŞAT” Fondu tərəfindən alındı. Bundan başqa, 3800 manat bank borcumuz “YAŞAT” Fondu tərəfindən ödənildi. “Kontakt-Home” borcumuzu da ödədi. Bundan başqa, icra nümayəndəmiz gəlir, YAP-ın rayon təşkilatının, müxtəlif gənclər təşkilatlarının nümayəndələri gəlir”.
Arzu xanım oğlunun ona kömək etmək məqsədilə onunla bərabər işlədiyini deyir: “Orxan Səlvər oğlu Qəhrəmanov 1991-ci il martın 28-də Bakı şəhərində anadan olub. 1997-2006-cı illərdə Suraxanı rayonundakı N.Nəbiyev adına 104 saylı tam orta məktəbində təhsil alıb. Ailə vəziyyəti çətin olduğundan, təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan Orxan 2006-cı ildə 9-cu sinfi başa vurduqdan sonra mənə kömək etmək məqsədilə mənimlə bərabər işləyib. Bundan sonra Orxan Qəhrəmanov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib”.
Arzu xanım iki oğul övladını tək böyüdüb. Orxangilin böyüyüb-başa çatması üçün min bir əziyyət çəkib. Tovuz döyüşləri başlayan gün işdən evə qayıdan Arzu xanım oğullarının ikisinin də könüllü olaraq cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət etdiyini öyrənib: “Düzünü deyim, anayam axı. Təkbaşına böyütmüşəm Cavidlə Orxanı. Eşidəndə ki, könüllü yazılıblar, deyindim. Dedim axı, siz rayon tanımırsız. Özümüz də əslən Ermənistanlıyıq. Gülə-gülə, əlini sinəsinə vura-vura dedi ki, “sən mənimlə fəxr edəcəksən ki, şəhid anasısan”. Bir də o vaxt sərt karantin idi, dedi ki, mama, 6 aydır evdə oturmuşuq, heç kim axtarmır, amma döyüşə getsəm, hamı səni şəhid anası kimi axtaracaq, maraqlanacaq”.
2020-ci il sentyabrın 21-də Orxan hərbi komissarlığa çağırılır. Bir həftə təlim keçdikdən sonra cəbhə yollanır: “Orxan topçu idi. Sentyabrın 21-i böyük oğlum Cavid zəng elədi ki, mama, Orxan döyüşə gedir. Getdiyi gündən heç bir sıxıntı keçirmədik. Demək olar ki, hər gün danışırdıq. Deyirdi ki, hər şey yaxşıdır. Bizim Füzulidən olan qonşularımız var, onlara da zəng edib deyib ki, sizə burdan heçə hektar torpaq götürüm? Yəni bu qədər əhval-ruhiyyəsi yüksək idi. Sentyabrın 27-dən qızğın döyüşlərə qatılıb. Amma ölüm kağızı oktyabrın 19-u yazılıb. Müharibədir də, olur belə şeylər. Oktyabrın 21-də şəhid olub”....
Paylaş:
Müəllif : Yazar
Tarix:3-06-2021, 17:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-06-2021, 17:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti