reklam
Regionxeberlericom.az » Cəmiyyət » Gəncədə QƏRİBƏ OLAY: - İH Əhməd Cavadın xatirə lövhəsini İTİRİB?

reklam

Gəncədə QƏRİBƏ OLAY: - İH Əhməd Cavadın xatirə lövhəsini İTİRİB?


İstiqlal şairi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ev 495 ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsi 4 ildir yoxa çıxıb.

Bu barədə Kult.az-a Əhməd Cavadın nəticəsi Cavad Axundzadə məlumat verib. Məlumatda bildirilir ki, şairin yaşadığı binaya vurulan xatirə lövhəsi 2017-ci ildə təmir zamanı götürülüb, bir daha yerinə qaytarılmayıb.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-in mətbuat katibi Vüsal Balayev açıqlamasında bildirib ki, icra başçısına bu barədə məruzə edilib:
“Rəhbərliyin tapşırığı ilə Əhməd Cavada məxsus lövhənin harda olması araşdırılır. Əvvəlki lövhə tapılmadığı təqdirdə yeni lövhənin hazırlanmasına başlanılacaq və yaxın zamanda həmin lövhə əvvəlki yerinə qoyulacaq”, - mətbuat katibi bildirib.





Paylaş:


Müəllif : Tarix:
7-06-2021, 11:36
Sikayət   


loading...
Загрузка...