35 gün sonra nəşi tapılan şəhidin atası: - "Oğlumu əlindəki xaldan tanıdım"
"Tacirin bir amalı var idi - işğal altında olan torpaqlarımızı yağı düşmənin tapdağından azad etmək. Döyüş yoldaşları deyirlər ki, təbiətcə sakit insan olan Tacir döyüşlərdə böyük cəsarət, qəhrəmanlıqlar göstərib".
Bunu "Report"un əməkdaşı ilə söhbətində Vətən müharibəsi şəhidi Tacir Əhmədovun atası Mehdi Əhmədov deyib.
Əhmədov Tacir Mehdi oğlu 2001-ci ilin aprelin 20-də Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olub. Bakı şəhər Binəqədi rayonu 182 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında keçib.
Xidmətini bitirdikdən sonra ordu sıralarından ayrılmayıb. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) kimi Vətənə xidmətini davam etdirib.
T.Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb. Füzulinin və Xocavəndin azadlığı uğrunda döyüşüb. Oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Binəqədi rayonunda dəfn edilib.
T.Əhmədovun Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi qəhrəmanlıq və şücaəti yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən T.Əhmədov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə təltif olunub.
Atası Mehdi Əhmədovun sözlərinə görə, Tacir uşaqlıqdan zəhmətkeş, mədəni və böyük-kiçik yeri gözləyən olub: "Özü könüllü döyüşlərə qatılıb. Müharibə dövründə cəmi 3 dəfə telefon danışığımız olub. Atəşkəsdən sonra çox yerə müraciət etdik, axtardıq. Sonda bizə deyildi ki, övladınızın nəşi tapılıb. Oğlumu əlindəki xaldan tanıya bildim. Onunla bağlı çox arzularım var idi. Sevinirəm ki, Tacir kimi oğulların sayəsində torpaqlarımız azad olundu, bu qara ləkə xalqımızın üstündən götürüldü".
M.Əhmədov şəhid ailəsi kimi onlara göstərilən münasibətdən, diqqət və qayğıdan razıdır: "Sağolsun dövlət şəhid ailələrini daima diqqətdə saxlayır. "YAŞAT" Fondu, Heydər Əliyev Fondu və digər qurumlar həm maddi, həm də mənəvi dəstəyini əsirgəmir. Bunun sayəsində evimizi təmir etdik. Söz veriblər ki, evin içərisini də əşyalarla təmin edəcəklər".
Anası Həlimə Əhmədova isə deyir ki, oğlunun itkin düşməsi ilk anlardan ona agah olub: "Başım ağrıyırdı, dərman içib yatmışdım. Qəfildən yuxudan ayıldım və evdəkilərə dedim ki, Tacir itkin düşüb. Oğlum şəhid olub. İnanın, həmişə arzu edirdim ki, əl-ayağı olmasın, lap şəhid olsun, amma mənfur düşmənə əsir düşməsin. Şəhid olanda bir ana kimi oğlumla fəxr etdim. Yuxularıma az-az gəlir. Sizin vasitənizlə Taciri tanıyan döyüş yoldaşlarına, dostlarına müraciət edirəm ki, oğlumdan nəsə nişanə qalıbsa bizə təqdim etsinlər. Oğlumun cəmi 3-4 ədəd fotosu var. Onu da yaralı döyüş yoldaşı göndərib. Oğlum polkovnik Tehran Mənsimovun komandanlığı altında yağı düşmənə qan uddurub".
Qardaşı Malik Əhmədovun sözlərinə görə, sonuncu dəfə Tacirlə oktyabrın 27-də telefonla danışıb: "İşdə idim, bir də gördüm ki, mənə qardaşımdan 25 dəfə zəng gəlib. Zəng elədim, danışdıq, hal-əhval tutduq, mənə dedi ki, torpaqlarımızı azad edə-edə irəliləyirik. Soruşdum ki, indi hansı tərəfdəsən, cavab vermədi. Bircə dedi ki, anamı qoru, de ki, narahat olmasın, o mənim qəlbimdədir. Birdən telefon əlaqəsi kəsildi. Nə qədər zəng etdim telefonu açmadı və sonra zəng çatmadı. Müharibədən 35 gün sonra nəhayət onun şəhidlik xəbəri gəldi. Mən özüm 2016-cı il Aprel döyüşlərində iştirak etmişəm. Təəssüf edirəm ki, mən yox Tacirim şəhid oldu. O, mənim Vətən yolunda qoyduğum yarımçıq işi layiqincə sona çatdırdı".
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2021, 16:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2021, 16:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01