reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qırğızıstanın keçmiş baş prokuroru həbs edildi

reklam

Qırğızıstanın keçmiş baş prokuroru həbs edildi


Qırğızıstanın keçmiş baş prokuroru Aidə Salyanova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu məlumatı Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Məlumata görə, Salyanova kriminal avtoritet Əziz Batukayevi qeyri-qanuni azad etməkdə ittiham edilib.

Qeyd edək ki, Batukayev 2006-cı ildə 16 il həbs cəzasına məhkum edilmişdi. O, Bişkek koloniyasında kütləvi iğtişaşların təşkilində ittiham edilmişdi. 2013-cü ildə qan xərçənginə yoluxduğu iddia edilərək azad edilən Batukayev bundan dərhal sonra yeni pasport alaraq Çeçenistana qaçıb.


Paylaş:


Müəllif : Tarix:
4-06-2019, 09:45
Sikayət   


loading...
Загрузка...