Sənədsiz alınan evlərin xoşagəlməz AQİBƏTİ - Aldadılan alıcıları hansı problemlər gözləyir?
“Etibarnamə ilə torpaq sahəsi alan şəxslərlə rəsmi alqı-satqı prosesinin olmaması gələcəkdə problemlər yaradır”.
Bunu sərəncamlı torpaqların etibarnamə əsasında satılmasına münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.
Əmlak ekspertinə görə, etibarnamə əsasında alınan torpaq və ya evlərin rəsmiləşməməsi alıcının aldadılmasına yol açır:
“Bu gün çıxarışsız fərdi həyət evləri fonunda, xüsusən də sərəncam əsasında alınmış torpaqlar üzərində inşa edilmiş evlərin böyük əksəriyyətində problemli vəziyyət mövcuddur. Məsələn, 6 sotluq bir torpaq sahəsinin bölünərək hissə-hissə eyni sərəncam əsasında iki və ya üç nəfərə etibarnamə əsasında satılması sıx rast gəlinən problemlərdəndir. Belə ki, sərəncamların qanuni və ya saxta olmasını aydınlaşdırmadan sənədin etibarnamə əsasında notarial qaydada verilməsi gələcəkdə etibarnamə ilə alınmış torpaqların özəlləşməsi zamanı vətəndaşlar üçün ciddi problem yaşadır. Bu cür problemlərin yaranmasına əsas səbəb isə sərəncam əsasında verilmiş (satılmış) torpaqların təkrar satışı və bölgüsünün qanunla tənzimlənməməsidir. Etibarnamə bir şəxsin digər şəxsə onun adından bəzi rəsmi əməliyyatları apara bilməsi üçün müvəqqəti verilmiş notarial təsdiqli bir sənətdir.
Bu gün etibarnamə yolu ilə satılan torpaqların əksər hissəsində etibarnaməni verən şəxslərin həyat yoldaşlarının razılıq ərizələri olmur. Bu isə həmin şəxslərin həyat yoldaşlarının aça biləcəkləri məhkəmə davası zamanı (boşanma, əmlak bölgüsü, müsadirə və sair ) verilmiş etibarnamələrin qanuni qüvvədən düşməsi və həmin əmlakların geri qaytarılması deməkdir. Təəssüf ki, bəzi notariuslar bu prosesləri icra edən zaman etibarnamə yolu ilə əmlak alan şəxsləri azda olsa gələcəkdə üzləşə biləcəkləri problemlər barədə maarifləndirmirlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-06-2021, 11:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-06-2021, 11:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti