“Ermənilər sakit duran deyillər” – General xəbərdarlıq etdi
"O polkovnik qələt edir". Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan ordusunun polkovniki Koryun Qumaşyanın son açıqlamasını şərh edərkən deyib.
General bildirib ki, Ermənistanın mina istehsal edən 2 zavodu var:
"Minalanmış ərazilərə görə mina xəritəsi uzun müddətdə qoşunlar harada durubsa, orada ola bilər. Sadəcə, biz hər birimiz dərk etməliyik ki, erməni silahlıları Ağdamdan (15 noyabr), Kəlbəcərdən (25 noyabr) çıxanda buradan silah-sursatı apararkən bir dənə minanı Ermənistan ərazisinə aparmayıblar. O minaları ora-bura səpələyiblər. Onun xəritəsini düzəltmək üçün uzun vaxt lazım idi. Erməni polkovnik yalan danışır. Yaddan çıxarmamalıyıq ki, Ermənistan ərazisində 2 mina zavodu var. Dünya ölkələri öz aralarında müzakirə aparır ki, piyada əleyhinə minaların ümumiyyətlə istehsalını dayandıra, qadağan edələr. Amma ermənilərin 2 zavodu var. O zavodlar da əvvəl metal səthli minaların istehsalı ilə məşğul idi. Sonra bildilər ki, bizdə mina axtaran müxtəlif cihazlar istehsal olunur, o minaları plasmas etdilər. O piyada minasının üzəri həm də taxtadan olur. Ermənilər tank əleyhinə minaların korpusunu plasmasdan hazırladılar ki, bizim üçün aşkar edilməsi çətin olsun. Sözsüz, bu məsələ də bizdə ciddi surətdə həll olunur.
Kəlbəcərdə mina axtarmaq digər ərazilərlə müqayisədə çox çətindir, çünki dağlıq ərazidir. Onlar çaya iki mina atsalar sel artanda o minalar basdırıldığı yerdə yox, 100-200 metr də yerini dəyişə bilər. Ermənilər sakit duran deyillər. Bu yaxınlarda da diversiya addımlarını davam etdirdiklərini gördük.
Seçkiqabağı müəyyən partiyaların nümayəndələri, kim hakimiyyətə gəlmək istəyirsə ucuz təbliğat vasitələrindən istifadə edəcəklər. Sözsüz, Azərbaycan Ordusuna qarşı belə təxribatlar davam etsə, kəskin cavab verəcəyik. Yəni bu gün həm sərhədlərin delimitasiya və demarkasiya məsələsinə görə qısa müddətdə Azərbaycan Ordusuna bütün ön xəttə taktiki normativlərə görə bölmələr, hissələr, birləşmələr müdafiə sahələrində dayananda hər bir 7-8 metrdən bir əsgər qoya bilər. Erməni diversant dəstələrinin qarşısını almaq üçün həm də bizim Ordu çox güclü şəkildə həm Ermənistan ərazisinə daxil olaraq müxtəlif əməliyyatlar aparıb, onları susdura bilərlər.
Erməni diversantlar hansı əraziyə, hansı tərkibdə keçsələr də qısa zamanda Azərbaycan Ordusu onları aşkar edə bilər. Çünki bizim Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının, Daxili Qoşunların birgə strukturlarının Xüsusi Təyinatlı Qüvvələrinin çox hissəsi o ərazilərdədirlər. Onlar o ərazilərə səpələniblər. Hər birinin harada nəfəs aldığından xəbərləri var. Bunları bir yana qoyaq. Hələ II Qarabağ müharibəsi başlamamışdan əvvəl Azərbaycanın müxtəlif strukturlarında müxtəlif birləşmə, nazirliyin (MN) özünün, kəşfiyyat orqanlarının müxtəlif məqsədli dronları (PUA) mövcud idi. Onların 2, 3, 5, 7, 8, 10 km məsafəni qeydə alan, 10-24 saat, bir neçə sutka fəaliyyət göstərən dronları var. Nəinki Qarabağ ərazisinə, Ermənistan ərazisinə də bütün uçan aparatlara bizim dronlar vasitəsi ilə nəzarət olunur. Bunu da yaddan çıxarmayaq ki, Azərbaycan Ordusunun Hava Hücümundan Müdafiə Sistemləri kifayət qədər müasir silah-sursat, texnika ilə təchiz olunub. Yəni Qafqaz ərazisində harada nə uçursa Azərbaycan Ordusu onu təyin edə bilir.
Ermənilər bu cür təxribat cəhdləri ilə özləri öz başlarına fəlakət gətirəcəklər. Azərbaycan Ordusu hər an yaxşı bir zərbə endirə bilər. Mən 5-10 il bundan əvvəl də deyirdim ki, Azərbaycan Ordusu bu gün hücuma keçə bilər, bu gün müharibə başlaya bilər. Lazım olanda Ali Baş Komandan bu əmri verdi (44 günlük Vətən müharibəsi - red). İndi bütün dünya Azərbaycanın II Qarabağ müharibəsində necə qələbə qazandığını araşdırır: Dronlar haradan gəldi, Xüsusi Təyinatlılar haradan gəldi, Azərbaycan pilotları necə bu cür yüksək səviyyədə hazırlandılar, bu qədər qoşunu hansı pulla saxladılar və s. Külbaşlar başadüşməli idilər ki, bizim Ordu sıralarındakı çox vəzifədə maxelər, gizirlər - professionallardır".
Xatırladaq ki, Kəlbəcərdəki hadisələrin geniş müzakirə olunduğu bir vaxtda Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan sensasion açıqlama verərək, ölkəsinin cinayətkar mahiyyətini ifşa edib. Belə ki, o, Laçın və Kəlbəcər rayonları ərazisinə çoxlu sayda mina basdırdıqlarını bildirib: "Mən və kontingentim Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, siz həmin minalara görə, o rayonlarda heç nə edə bilməzsiniz. Hərbi əsirlərimizi bizə qaytarın, mən də mina xəritəsini təqdim edim".
Paylaş:
Müəllif : Fuad
Tarix:10-06-2021, 17:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-06-2021, 17:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29