reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qazinin 11 min manat KREDİTİ ÖDƏNİLDİ

reklam

Qazinin 11 min manat KREDİTİ ÖDƏNİLDİ



“Döyüş elə bir səhnə idi ki, onu təsəvvür etmək mümkün deyil. Orda insan beyni birə-beş işləyir. Ani bir vaxtda qərarlar qəbul edirdik. Döyüş bizim üçün bir uğur yolu idi, fərəh hissi idi. Çünki torpaqlarımızı düşmən tapdağı altından azad etmək üçün hamı əlindən gələni edirdi. Hətta əlindən gələnin artığını da edirdi ki, torpaqlarımız düşmən azad edilsin”.
44 gün davam edən Vətən Müharibəsində adını tarixə yazan igidlərimizdən biri də Gəncə şəhər sakini, 38 yaşlı baş leytenant Xəyal Qurbanovdur. Xəyal oktyabrın 19-da Suqovuşan istiqamətində gedən qızğın döyüş zamanı minaya düşərək sol ayağını itirib: “Kəşfiyyat əməliyyatı zamanı minaya düşərək sol ayağımı itirmişəm. Ondan sonra ilkin tibbi yardım üçün briqadanın tibb məntəqəsinə, oradan da Naftalanda yerləşən hospitala yerləşdirilmişəm. Hospitalda əməliyyat olunduqdan sonra Gəncə şəhərinə köçürülmüşəm. İki ay orda qalandan sonra evə buraxılmışam. Evdə müalicələrimi davam etdirmişəm”.

Qazimiz Qələbə xəbərini radio vasitəsi ilə xəstəxanada eşidib. Həmin gün keçirdiyi sevinc hisslərini isə heç vaxt unutmayacaq: “Uşaqlıqdan arzum idi ki, Şuşa şəhərini görüm, döyüşərək Şuşa şəhərinə qədər irəliləyim”.

Bu ilin fevral ayında qəhrəmanımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ona III qrup əlillik təyin edilib. Reabilitasiya mərkəzində 20 gün müalicə aldıqdan sonra qazi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən müasir protezlə təmin edilib. YAŞAT Fondu isə onun 11 min manat kredit borcunu bağlayıb: “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi özü bizi axtarıb tapıb. Özləri bizimlə əlaqə saxlayıb. Protezlə təmin olunmuşam. Hazırda həmin protezlə hərəkət edirəm. Bu qayğı və diqqətə görə cənab Prezidentimizə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm ki, öz ayağımız üstündə yeriməyi bizə nəsib etdilər”.

7 ildir Azərbaycan Ordusunda xidmət edən Xəyal Qurbanov may ayında ordu sıralarından tərxis olunub və pensiya ilə təmin edilib. Hazırda ehtiyatda olan zabitdir. Vətən Müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Qazimiz ailəlidir, 1 oğlu, 1 qızı var. İndi onun ən böyük arzusu tam sağalandan sonra işğaldan azad olunmuş torpaqlarımızı qarış-qarış gəzməkdir.


Paylaş:


Müəllif : Tarix:
10-06-2021, 18:30
Sikayət   


loading...
Загрузка...