reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sabah DOLU DÜŞƏCƏK - Proqnoz - VİDEO

reklam

Sabah DOLU DÜŞƏCƏK - Proqnoz - VİDEO



İyunun 13-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 isti, gündüz 25-30 isti, Bakıda gecə 20-22 isti, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

İyunun 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 13-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 29-34 isti olacaq.


Paylaş:


Müəllif : Tarix:
12-06-2021, 13:27
Sikayət   


loading...
Загрузка...