reklam
Regionxeberlericom.az » Cəmiyyət » Pandemiya geri qayıdır? – Rusiyada sensasion artım

reklam

Pandemiya geri qayıdır? – Rusiyada sensasion artım


İyunun 13-də Rusiyada COVID-19-a yeni yoluxmalarda daha bir kəskin artım qeydə alınıb. Moskvanın meri paytaxt sakinlərini virusun yayılmasını önləməkdən ötrü bu həftə evdən işləməyə çağırıb.

Fevralın 13-dən bəri ilk dəfə olaraq ölkə üzrə 14 min 723 yoluxma qeydə alınıb. Onların 7 min 704-ü Moskvanın payına düşüb. Bu, paytaxtda dekabrın 24-dən aşkarlanan ən böyük gündəlik yoluxma sayıdır.

Ölkə üzrə koronavirusdan 357 nəfərin öldüyü bildirilir. Pandemiya qurbanlarının ümumi sayı isə 126 min 430-a çatıb.

Federal statistika agentliyinin apardığı ayrıca hesablamaya görə, 2020-ci ilin aprelindən 2021-ci ilin aprelinədək Rusiyada COVID-19-la əlaqəli 270 minədək ölüm qeydə alınıb.

Moskvadakı Sergey Spasokukotski Klinik Xəstəxanasının baş həkimi Aleksey Poqonin: “Hazırda xəstəxanaya yerləşdirilən gənclərin arasında artım müşahidə edirik. Bu say gün-gündən artır. Çarpayı ehtiyatımız uzun müddətə çatışmaya bilər”.

Moskvanın meri Sergey Sobyanin restoranların, barlar, digər oxşar məkanların azı iyunun 20-dək gecə 11-dən sonra açıq olmayacağını söyləyib.


Paylaş:


Müəllif : Tarix:
14-06-2021, 09:40
Sikayət   


loading...
Загрузка...