reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təhsil naziri “Son zəng”ı çaldı - VİDEO

reklam

Təhsil naziri “Son zəng”ı çaldı - VİDEO

Təhsil naziri Emin Əmrullayev I Qarabağ müharibəsi zamanı tamamilə yanan, 44 günlük Vətən müharibəsində isə çoxsaylı mərmi atəşinə tuş gələn Tapqaraqoyunlu kənd tam orta məktəbində birinci sinif şagirdi ilə birlikdə 21 məzun üçün “Son zəng”i çalıb.

Nazir daha sonra məktəbin simvolik “Bilik açarı”nı birinci sinif şagirdinə təqdim edib.

Tədbirin yekununda nazir məktəbin məzunları ilə birgə sülh rəmzi olan göyərçinləri havaya buraxıb.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirəcək. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.




Paylaş:


Müəllif : Tarix:
14-06-2021, 13:39
Sikayət   


loading...
Загрузка...