reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Sülhməramlılar öz doğma kəndimdə şəkil çəkdirməyimə mane oldular, dedilər ki, olmaz..." - AZƏRBAYCANDA AZƏRBAYCANLIYA QADAĞA!

reklam

"Sülhməramlılar öz doğma kəndimdə şəkil çəkdirməyimə mane oldular, dedilər ki, olmaz..." - AZƏRBAYCANDA AZƏRBAYCANLIYA QADAĞA!



"Ermənilərin verdikləri mina xəritəsinə sözün düzü, inamım yoxdur. Bilinmir ki, mina xəritəsini tərtib edən insan müharibədə ölüb, ya sağdır?! Xəritənin nə dərəcədə doğru olub-olmamağını indidən bilmək qeyri-mümkündür. Bu sadəcə ermənilərin bir oyunu idi ki, 15 baş əsiri geri almaq üçün etdilər"

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. O, daha sonra əlavə edib."O murdarlardan hər an pislik gözləmək olar. Təbii ki, dövlətimiz özü bu işi özü təhlükəsiz şəkildə yoluna qoyacaq. Burada insan məsuliyyəti də rol oynayır. Nə qədər ki, icazə verilməyib, həmin ərazilərə getməsələr yaxşıdır. Düzdür, bir müddət əvvəl, təxminən mart ayında mən də öz torpağıma getdim, amma icazə verilən yerə qədər. Doğulub boya-başa çatdığım Ağdamın Mərzili kəndindən söhbət gedir. Nə yol var idi, nə də ki, kəndimizi tanımaq üçün başqa bir nişanə. Təxmini bilirdim ki, bu yol bizim kəndimizə gedir. Kəndimiz Ergi düzünə yaxındır. Çox pis oldum, gedib-gələndən sora özümü yaxşı hiss etmədim. O duyğular, hissləri sözlə ifadə etmək çox çətindir. Allah heç bir kəsi uşaqlıqından, gənclik illərindən, torpağından ayrı salmasın. Birinci Qarabağ müharibəsində ən ağır döyüşlər bizim kənddə gedib. İllər öncə yaşadığımız yerə qonaq kimi getmək çox təsirli idi. Hər bir müharibənin sonunda meşələrdə partizan dəstələri, diversant qruplarının olması normaldır. Ola bilsin ki, içimizdə də hələ ki, satqınlar var. Sülhməramlılar öz doğma kəndimdə şəkil çəkdirməyimə mane oldular, dedilər ki, olmaz. İnşallah gələn dəfə mütləq şəkillər çəkdirəcəm, əsas odur ki, bu gün həmin torpaqlara özümüz nəzarət edirik" deyə əməkdar artist bildirib.


Paylaş:


Müəllif : Tarix:
15-06-2021, 09:14
Sikayət   


loading...
Загрузка...