reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda toy və avtobus qadağası nə vaxt götürüləcək? - “Bəzi yumşaldılmalara gedilməməsi başqa məqsəd daşıyır”

reklam

Azərbaycanda toy və avtobus qadağası nə vaxt götürüləcək? - “Bəzi yumşaldılmalara gedilməməsi başqa məqsəd daşıyır”



Ötən həftə dünyada 2.6 milyondan çox koronavirusa yoluxma və 72 mindən çox ölüm halı qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əvvəlki yeddi günlə müqayisədə yoluxma halları 12 faiz, ölüm halları isə 2 faiz azalıb. Koronavirusa yoluxma dinamikasında azalma ölkəmizdə də müşahidə edilir.

Son statistik rəqəmə əsasən, ölkədə ölkədə yoluxma ikirəqəmlidir.

Qeyd edək ki, son vaxtlar pandemiya ilə bağlı bir sıra yumşaldılmalar tətbiq edilsə də, bəzi sahələrdə bu, hələ də öz həllini tapmayıb.

Məsələn, toylara qoyulan qadağa 1 ildən artıqdır ki, davam edir. Son yumşaldılmalarla dini mərasimlərə müəyyən məhdudiyyətlərlə icazə verilsə də, toy mərasimləriylə bağlı qərar hələ yoxdur. Yaxud həftəsonu ictimai nəqliyyatla bağlı qadağa əhalinin problemlərlə üzləşməsinə səbəb olur.

Xüsusilə də iyun ayı ərzində metronun bütün günlər işləyəcəyi bardə qərar verildikdən sonra eyni qərarın avtobuslara şamil olunmamasının hansı məntiqi əsası var?

Yoluxma dinamikasında azalmanın müşahidə edildiyi bir vaxtda hansı yumşaldılmalara gedilə bilər?

Millət vəkili Azər Badamov Cebhe.info-ya bildirib ki, son günlər koronavirusa yoluxma dinamikasında azalmaların olması sevindirici haldır:

“Bunu ölkədə pandemiyaya qarşı aparılan mübarizə tədbirlərinin effektivliyinin göstəricisi hesab edirəm. Yoluxmaların dinamikasında azalmaların olması bu aydan başlayaraq yumşalmaların həyata keçirilməsinə imkan yaratdı. Bir çox sahələrin fəaliyyətinə icazə verildi. Ancaq yenə də bir sıra məhdudiyyətlər qüvvədə qalır. Həmin məhdudiyyətlərin də aradan qaldırılması üçün tədbirlərin görülməli olduğunu düşünürəm. Məsələn, bunlardan biri kimi toyların keçirilməsi ilə bağlı məhdudiyyətin qaldırılması ola bilər.

Operativ Qərərgah tərəfindən hansı formada toyların keçirilməsi ilə bağlı normalar hazırlanmalıdır. Toylar il yarımdan çox müddətdir ki, keçirilmir. Hazırda restoranlar, kafelərin fəaliyyətinə icazə verilib. Yaxud məscidlərdə dini mərasimlərin məhdud, müəyyən çərçivədə keçirilməsi mümkündür. Belə bir icazəni toyların keçirilməsinə də tətbiq etmək olar. Yəni iştirakçı sayının normasının müəyyənləşdirilməsi, iştirakçılara qoyulan tələbləri müəyyən etməklə açıq və yaxud digər yerlərdə toyların keçirilməsi ilə bağlı zamanın yetişdiyini düşünürəm. Bundan başqa şənbə-bazar günləri ictimai nəqliyyata tətbiq olunmuş məhdudiyyətin davam etməsində də bir zərurət görmürəm.

Çünki adi günlərdə ictimai nəqliyyat fəaliyyət göstərir və kifayət qədər insanlar bu nəqliyyatdan istifadə edirlər. Şənbə-bazar günlərində ictimai nəqliyyatın işləməməsi insanlar üçün əlavə problem yaradır. Ona görə də yoluxmaların dinamikasının azaldığını nəzərə alaraq ictimai nəqliyyatın mütəmadi fəaliyyət göstərilməsinə imkan yaradılmalıdır”.

Həkim-terapevt Rasif Bağırov isə bildirdi ki, bir sıra yumşaldılmalar olsa da, hazırda bəzi sahələrdə bu hiss olunmur:

“Onlardan biri ictimai nəqliyyatın həftənin son günləri işləməməsidir. Ancaq mən inanmıram ki, burada yumşaldılmalar olsun. Əslində bunun pandemiyaya heç dəxli yoxdur. İkinci məsələ isə şadlıq evlərinin açılması məsələsidir. Restoran, kafe və digər qapalı məkanlar qismən açılıb. Maraqlıdır ki, niyə şadlıq evlərini açmaq olmur? Əvvəllər toylara 200-300 nəfər toplaşırdılar. İndi tapşırmaq olar ki, 50 nəfər çağırsınlar. Hər birini ayrı-ayrı stullarda əyləşdirsələr, hamı razı qalar. Nə prinsipdirsə, bunu etmirlər. Ölkədə bəzi tədbirlər, konsertlər keçirilir, əhali toplaşır.

Bəzi yumşalmalara gedilməməsi başqa məqsəd daşıyır, bunun pandemiyayla əlaqəsi azdır. 50 nəfərlik toy olanda insanlar arasında 2 metrdən də çox məsafə olur. Orda heç maska da taxmağa ehtiyac yoxdur. Onsuz da bu gün insanlar toya 50, yaxud 100 nəfər adam çağırırlar. Bir şadlıq evi 400-1000 nəfər tutursa, hər bir insan 2 metr məsafədən olmaqla keçirmək olar. Hətta rəqs edərkən belə insanlar yaxın məsafədə olmurlar. Onsuz da hazırda toy edənlər də var, ancaq rəsmi olaraq qanun formasına salmırlar”.


Paylaş:


Müəllif : Tarix:
17-06-2021, 11:54
Sikayət   


loading...
Загрузка...