“TÜRK ORDUSU İSTƏNİLƏN ZAMAN AZƏRBAYCANDA OLA BİLƏR...” – “Şuşa Bəyannaməsi dünyaya göstərdi ki, Azərbaycanın xarici siyasəti hansı istiqamətdədir”
Vahid Əhmədov: “Rusiya istəyirdi ki, Qafqaz hökmran olsun, amma Türkiyə ilə hesablaşmağa məcburdur...”
“Artıq Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə Türkiyə kimi güclü dövlət qarantiya verir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri, işğaldan azad olunan Şuşa şəhərinə getməsi və burada müttəfiqlik bəyannaməsinin imzalaması hazırda region ölkələrində ciddi müzakirə mövzusudur. Azərbaycan və Türkiyə arasında imzalanan bəyannamə faktiki olaraq iki ölkə arasında hərbi sahə də daxil olmaqla, bütün istiqamətləri əhatə edib.
Bu addım Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi baxımından əhəmiyyətli gediş sayılır. Ancaq bunun Ermənistan və Rusiya tərəfindən neqativ qarşılandığı da heç kimə sirr deyil.
“AzPolitika.info” mövzu ətrafında millət vəkili Vahid Əhmədovla söhbətləşib:
- Vahid müəllim, Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri başa çatsa da, bu səfərin əks-sədası qalmaqdadır. Sizcə, həmin səfər çərçivəsində Şuşada imzalanan bəyannamə bizə nə verəcək?
- Şuşada imzalanan bəyannamə tarixi sənəddir və əhəmiyyətinə görə, ikinci belə bir nümunə yoxdur. Türkiyə prezidentinin Füzuliyə, oradansa Şuşaya səfər etməsi də böyük əhəmiyyətə malikdir. Onun məhz Şuşada yüksək və rəsmi səviyyədə qarşılanması bizi sevindirdi. Əlavə edim ki, ümumiyyətlə, Şuşada hazırlıq işləri yüksək səviyyədə görülmüşdü. Belə bir qarşılanma törənini Bakıda təşkil etməklə, işğaldan azad edilən yerlərdə hazırlamaq tam fərqli bir məsələdir. Şuşada bunu yüksək səviyyədə hazırlamaq həm də ciddi əmək tələb edirdi.
Şuşa Bəyannaməsi Azərbaycan, Türkiyə və bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bizi narahat edən məqamlar var idi. Mən bunu çıxışlarımda qeyd edirdim. Söhbət Türkiyə və Azərbaycanın hərbi baxımdan bir yerdə olmasından gedir. Eləcə də Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarantiya verilməsi və s. Bəyannamədə bu məqamların hamısı öz əksini tapıb. Bu Bəyannamənin əslində müttəfiqlik sənədi olması çox şeydən xəbər verir. Dövlətlərimiz artıq rəsmən müttəfiqə çevrilir. Müttəfiq olan ölkələrin də bir-biri qarşısında öhdəlikləri olur. Bu sənəddə həmin öhdəliklər öz əksini tapıb.
Hesab edirəm ki, Prezident İlham Əliyev Şuşada çıxışı zamanı əsasən iki məqama ağırlıq saldı. Bunlardan biri Zəngəzur dəhlizi, digəri hərbi məsələlər idi.
Dəhlizlə bağlı işlər gedir və bu məsələ reallaşacaq. Hərbi sahədə əməkdaşlıq daha da güclənəcək. O cümlədən hərbi yardım, qarşılıqlı dəstək, müdafiə sənayesi sahəsində dron istehsalı və s. Sözsüz ki, təhlükəsizlik sahəsində silahlı qüvvələrin əlaqələndirilmiş fəaliyyətinin təşkili məsələləri də var. Bu, dünyaya mesajdır ki, Türkiyə Qafqazda öz əhatə dairəsini genişləndirir. Bu proses Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət kəsb edir. Bəli, biz artıq arxayınıq ki, Azərbaycanın müstəqilliyi daimi və əbədi olacaq. Başqa sözlə, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə Türkiyə kimi güclü dövlət qarantiya verir.
Yeri gəlmişkən, bir nüansı xüsusilə qeyd edərdim. Azərbaycan Prezdenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Xankəndini göstərir. Ərdoğan da sual edir ki, otel oradadırmı? Cənab prezident də deyir ki, orada da olacağıq. Məncə, bu dialoq çox şeylərdən xəbər verir.
- Demək istəyirsiniz ki, bir neçə saniyəlik bu kadr əslində mesajdır?
- Əlbəttə mesajdır və çox ciddi mətləblərdən xəbər verir. Oralar da Azərbaycan əraziləridir. Yeri gəlmişkən, bu bəyannamə BMT nizamnaməsinə əsasən ərazi bütövlüyü çərçivəsində imzalanıb. Yəni, Xocalı, Xankəndi, Ağdərə və Xocavənd də bura daxildir. Bu məsələlər tədricən öz həllini tapacaq. Ərdoğan gördü ki, əslində işğaldan azad edilən ərazilərdə mövcud olan durum və törədilən dağıntıların miqyası onun düşündüyündən də artıqdır. Cənab prezident də ona ətraflı məlumatlar verdi, vəziyyəti anlatdı.
Qısaca mesaj verildi ki, biz bir yerdəyik və Qarabağ Azərbaycandır. İstər yuxarı Qarabağ, istərsə də aşağı Qarabağ olsun. Başqa cür də mümkün deyil.
Əlbəttə, belə sazişlərin, yaxınlaşmanın, anlaşmanın bir səbəbi də Azərbaycanın dövlət başçısının cənab Ərdoğanla olan isti münasibətləridir. Yaxşı əlaqələr çox şeyi həll edir. Bu da əhəmiyyət kəsb edən məsələdir.
- Ölkə ictimaiyyətinin əsas istəklərindən biri də, Azərbaycanda Türkiyə hərbi bazasının qurulmasıdır. Siz də bu fikrin tərəfdarlarındansız. Amma sənəddə bu haqda konkret nəsə yazılmadı...
- Nəzərə alın ki, imzalanan sənəd 11 səhifədən ibarətdir və tam dərc edilməyib. Əgər qarşılıqlı hərbi yardımdan söhbət gedirsə, istənilən zaman türk ordusu və texnikası Azərbaycanda ola bilər. Bu məqamlar bəyannamədə öz əksini tapıb. Deyərdim ki, hərbi baza məsələsi öz həllini tapacaq. Diqqət edin, bu sənədin adı sadəcə Şuşa Bəyannaməsi yox, Şuşa Müttəfiqlik Bəyannaməsidir. Bu, daha üstündür. Bu tarixi sənəd Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının da üzərindən xətt çəkir.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müsahibəsinə baxdıq. Açıq dedi ki, Qarabağ birdəfəlik itirildi. Yəni anlayır ki, məsələ bitib. Odur ki, indiki mərhələdə hər şey bizim istəyimizə uyğun gedir.
- Vahid müəllim, bəyannamədə Zəngəzur dəhlizi və iqtisadi məsələlərə də dair müddəalar var. Məlum bəyannamədən sonra iki ölkə arasında iqtisadi münsibətlərin inkişaf perspektivlərini nədə görürsünüz?
- Bəli, burada ticarət, iqtisadi əlaqələrə dair məsələlər də öz əksini tapıb. Qeyd edim ki, yaxn illər üçün iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəf kimi götürülüb. Buna da imkan var. Bildiyim qədər İqtisadiyyat Nazirliyinin apardığı işlər nəticəsində Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrdə qeyri-neft sektorunun payı artıb. Bu baxımdan səhv etmirəmsə Türkiyə əvvəllər üçüncü yerdə idisə, indi ikinci yerdədir. Əlaqələr inkişaf edəcək, ticarət döviyyəsi də 15 milyarda çatdırılacaq.
Zəngəzur dəhlizi sözsüz ki, ciddi məsələlərdən biridir. Bu dəhlizin açılması başqa ölkələrin də maraq dairəsindədir. Bəli, bəzən deyirlər ki, bu saat dəhlizə ehtiyac yoxdur, əraziləri azad edək və s.
Siyasətlə dərindən məşğul olan insanlar bilirlər ki, hər şeyin öz vaxtı var. Dəhlizin də açılması vacibdir. Bu, Azərbaycanla Türkiyəni bir qədər də yaxınlaşdıracaq, eləcə də ticarət münasibətlərini gücləndirəcək. Amma ermənilərə baxanda hiss edirsən ki, onlar hələ oyanmayıblar. Erməni mediası yazır ki, “Ərdoğan qanunları pozaraq “artsax”ın ərazisinə qanunsuz səfər edib”. Təəssüflər olsun ki, hələlik reallığı anlamırlar. Bu həftə dünyanın aparıcı mərkəzlərinin, NATO-nun toplantısı keçirildi. Heç Qarabağ məsələsinə toxunulmadı, heç bir narazılıq və narahatlıq yoxdur.
Ümumiyyətlə, İlham Əliyevin apardığı xarici siyasət çox uğurludur. Ağılla, təmkinlə, səbrlə, başqa dövlətləri qıcıqlandırmamaqla əhəmiyyətli addımlar atır. Bütün bunlar qiymətə və təqdirə layiq gedişlərdir.
- Azərbaycan və Türkiyənin son həmləsinə Rusiyanın reaksiyasını necə görürsünüz?
- Hesab edirəm ki, Rusiya faktiki olaraq bu məsələ ilə barışacaq. Burada söhbət təkcə Rusiyadan getmir, digər dövlətlər də var. Putin bilir ki, Qafqazda Türkiyə var, mövcuddur. Bu yaxınlarda Sergey Lavrov da qeyd etmişdi ki, Türkiyəsiz Qafqazda heç nə həll edilmir. Məncə, belə də olacaq. Fikrimcə, Ərdoğan-Bayden görüşü zamanı da müəyyən müsbət irəliləyişlər əldə olunub. Tərəflər Əfqanıstan məsələsini də müzakirə edib. Türkiyə, Pakistan və Macarıstan Əfqanıstanda müəyyən işlər görəcək. Ərdoğan da açıq qeyd etdi ki, Talibanı da yaddan çıxarmamalıyıq. Yəni dünya Türkiyə ilə hesablaşır, onu qəbul edir.
Rusiya rəhbərliyinə gəldikdə deyim ki, cənab Putin də bu məsələlərdə müsbət addımlar atır. Ancaq düşünmürəm ki, bundan sonra hansısa ciddi problemlər yaşansın. Rusiyanı maraqlandıran ciddi məsələlər var. Əlbəttə, o, istəməzdi ki, Qafqaz əldən getsin, çalışardı ki, Qafqazda hökmran olsun. Amma Qafqazın taleyi həll olunub. Türkiyə güclü dövlətdir, NATO ölkəsidir və onunla hesablaşmağa məcburdurlar.
Burada bir məqamı da nəzərə almaq lazımdır. Bizdəki rusiyameylli qüvvələr indi başlayıblar Türkiyəyə meyl etməyə. Fikrimcə, buna da diqqət edilməlidir. Aydındır ki, bizim təhlükəsizlik xidmətimiz və hüquq-mühafizə orqanları çevik işləyirlər, belə məsələləri həll edirlər. Sadəcə, hər bir insan başa düşməlidir ki, Prezident İlham Əliyev bu bəyannaməyə imza atmaqla dünyaya göstərdi ki, Azərbaycanın xarici siyasəti hansı istiqamətdədir. Rusiya ilə bizim ciddi siyasi, iqtisadi və humanitar əlaqələrimiz mövcuddur. Bizim Rusiyayla heç bir problemimiz yoxdur. Yalnız Qarabağ məsələsi var ki, bu işdə də ruslar neytral mövqe tutsalar daha yaxşı olar. Ermənistan dövlətinə gəlincə, onlar ilk olaraq Azərbaycanın ərazi bütövlüyünü BMT-nin tanıdığı sərhədlər çərçivəsində tanımalıdır. Eyni zamanda, Qarabağ məsələsini yaddan çıxarmalıdırlar.
Status məsələsinə dövlət başçımız İlham Əliyev tərəfindən son qoyulub, fikir bildirilib. Azərbaycan xalqı da dövlət başçısının arxasındadır, onu müdafiə edir. Odur ki, heç bir statusdan söhbət gedə bilməz. Qalan ərazilərin məsələsinin həlli üçün də vaxt lazımdır və bu da zamanla həllini tapacaq.
Rasim Əliyev
Paylaş:
Müəllif : Fuad
Tarix:19-06-2021, 09:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-06-2021, 09:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08