Masallıda örüş qalmaqalı – İsgəndərli kəndinin örüş sahəsini kimlər satıb?
Masallı rayonunun İsgəndərli kəndində örüş qalmaqalı yaşanır. Kənd sakinlərinin ANAXEBER.info-ya ünvanladığı müraciətdə bildirilir ki, örüş sahəsi ayrı-ayrı şəxslərə satılıb: “Bizim kəndin əhalisi maldarlıqla məşğuldur. Ona görə də örüş sahəsi kənd üçün həyati əhəmiyyət daşıyır. 2003-cü ildə kənd sakinlərinin maldarlıqla məşğul olması nəzərə alınaraq örüş sahəsi ayrılıb. Amma bir qrup şəxs həmin ərazini zəbt edib. Bu azmış kimi sahəni ayrı-ayrı şəxslərə satıblar. Bu barədə dəfələrlə Masallı Rayon İcra Hakimiyyətinə, şəhər bələdiyyəsinə müraciət etmişik. Amma heç bir nəticəsi olmayıb. Nə icra başçısı, nə də bələdiyyə sədri bizi qəbul edib”. Kənd sakinləri yuxarı instansiyalardan xahiş edir ki, məsələni diqqətdə saxlasınlar və örüş sahəsinin əhaliyə qaytarılmasına yardımçı olsunlar.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-06-2021, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-06-2021, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti