Tramp koronavirusa yoluxanları Kubadakı həbsxanaya göndərməyi təklif edibmiş
ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyasının başlandığı ilk dövrlərdə yoluxan xəstələri Kubadakı Quantanamo bölgəsinə göndərməyi təklif edibmiş.
ABŞ-ın “Vaşinqton Post” qəzetinin əməkdaşları Yasmin Əbutaliblə Damian Palettanın birgə nəşr etdirdiyi “Dəhşətli ssenari: Tramp administrasiyasının tarixi dəyişmiş pandemiyaya reaksiyası” adlı kitabında belə yazılıb.
Kitabda həmin vaxtda ölkəyə rəhbərlik edən respublikaçı siyasətçinin virusun ABŞ-da yayılmasını önləmək üçün bir çox yollar axtardığı göstərilib. 2020-ci ilin fevral ayında Ağ Evdə keçirilən iclas zamanı onun ağlına yoluxan vətəndaşları Kubaya göndərmək ideyası gəlib. Tramp həmin vaxt kömkçilərinə
“Məgər bizim adalarımız yoxdur, Quantanamoya nə deyirsiz”,-deyə sual da edib.
Kitab müəllifləri məhz müşavirlərinin onu bu fikirdən daşındırdıqlarını bildirirlər.
Xatırladaq ki, bu Trampın problemləri Quantanamo vasitəsilə həll etməklə bağlı ilk təklifi sayılmır. Yazar Maylız Teylorun “Anonimdən xəbərdarlıq” (“A Warning by Anonymous”) adlı kitabında Donald Trampın qeyri-leqal miqrantları da bu məşum bölgəyə göndərmək istədiyini yazıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-06-2021, 23:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-06-2021, 23:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti