Bakıda supermarketlərdə səyyar vaksinasiya tədbirləri keçirilir
Bu gündən TƏBİB tərəfindən “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” hipermarketində növbəti səyyar vaksinasiya tədbiri təşkil edilib.
Bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Baxış deyib. Onun sözlərinə görə, aprelin 2-dən başlayan səyyar vaksinasiya prosesi bir çox yerlərdə keçirilir:
“Buna misal olaraq “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” hipermarketlə yanaşı, Əhmədlidə yerləşən eyniadlı supermarket və iki iri ticarət mərkəzini misal göstərə bilərik. Vaksinasiyaya olan marağı nəzərə alaraq, insanlar üçün əlçatanlığı daha da artırdıq. 18 yaşdan yuxarı hər kəs könüllü şəkildə yaxınlaşıb peyvəndlənmədə iştirak edə bilər. Bu günədək səyyar briqadalar vasitəsilə 52 826 doza vaksin vurulub. Onlardan 35 925 nəfər birinci, 16 902 nəfərə isə ikinci doza vaksin vurulub.
Səyyar briqadaların təşkil olunmasında məqsəd tibb məntəqələrində sıxlığın aradan qaldırılması və vaksinasiyanın sürətləndirilməsidir. Vətəndaşlar həmçinin onlayn qeydiyyatdan keçərək vaksinasiya prosesində iştirak edə bilərlər. Hazırda vətəndaşlar arasında peyvəndlənməyə maraq kifayət qədər çoxdur. Bunu nəzərə alaraq, səyyar briqadaların fəaliyyətinin uzadılması da nəzərdə tutulur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-06-2021, 10:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-06-2021, 10:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti