Oxuyub yazma bilməyənlər XI sinifi bitirib - DİM kimi ittiham edir?
Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata görə, Azərbaycanda IX-XI sinif şagirdləri arasında 36 nəfər oxuyub-yazma bilmir. Onlardan iki nəfər XI sinif, 34 nəfər isə IX sinif şagirdləridir.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edlmiş bir sinifdən digər sinifə keçmə ilə bağlı qaydalara görə, V-XI sinifdə oxuyan şagir əgər 6 fənndən iki qiymət alarsa, sinifdə qalmalıdır.
Bəs, necə olur ki, bu cür şagirdlər IX, hətta XI siniflərəcən gəlib çıxa bilir?
Təhsil eksperi Kamran Əsədov Bizim.Media-ya açıqlamasında bildirib ki, UNİSEF-in hesabatlarına görə, Azərbaycanda oxuyub-yazma bacarıqları olan şəxslər ölkə əhalisinin 99,9 faizini təşkil edir:
“Ölkəmizdə müəyyən şəxslər var ki, onların oxuyub-yazma ilə bağlı problemləri var – belə şəxslərə adətən maldarlıqla məşğul olaraq, yaylağa - qışlağa köç edənlərin və ya qaraçıların arasında rast gəlinir. Orta ümümtəhsil məktəb şagirdlərinin isə minimum oxuyub-yazma vərdişləri var”.
DİM-in oxuyub-yazma bacarığı olmayan şagirdlərlə bağlı açıqlamasına gəlincə, ekspert durumu bu cür izah etdi:
“İmtahan nəzarətçiləri protokolları təhlil edərkən, cavab kartları və sual kitabçasında hər hansı qeyd olmadığına görə, elə düşünüblər ki, bu şagirdlər oxuyub-yazma bacarmırlar. Mən inanmıram ki, Azərbaycanda IX –XI siniflərdə oxuyan hər hansı şagirdin bu bacarığı olmasın. Onlar sadəcə hansısa səbəbdən cavab kartında qeyd aparmayıblar”.
Kamran Əsədov deyib ki, DİM həmin şagirdləri IV -XI siniflərdə monitorinq imtahanlarına cəlb edib:
“Eyni zamanda Təhsil Nazirliyi milli qiymətləndirmə aparıb. Əslində Azərbaycanda 1,6 milon şagirddən 36-sının oxuyub-yazma bacarığının olmaması o qədər də təhlükəli məqam deyil. Bununla belə bu cür halların qaşısını almaq üçün məktəblərdə mütəmadi yoxlamalar aparılmalıdır. Rəqəm kiçik olsa da, əgər bu cür şəxslər varsa, bu onun göstəricisidir, məktəb direktorları vəzifələrinin öhdəsindən gələ, Təhsil Nazirliyi isə nəzarət edə bilmir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2021, 18:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2021, 18:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39