reklam
Regionxeberlericom.az » Cəmiyyət » İsti hava Xəzərdə balıqları məhv etdi - RƏSMİ -VİDEO

reklam

İsti hava Xəzərdə balıqları məhv etdi - RƏSMİ -VİDEO



Xəzər dənizində balıqların kütləvi tələf olması ilə bağlı sosial şəbəkələrdə video yayılıb.

Videoda qeyd edilib ki, görüntülər Suraxanı rayonu, Hövsan qəsəbəsində Qum adası adlanan yerdən çəkilib:

“Sahildən gələn kəskin qoxu səbəbindən dənizə yaxın durmaq mümkün deyil. Burada hər gün onlarla balıqçı yığışıb balıq tuturdu. Bu gün isə birdən-birə belə bir mənzərə yaranıb”.

Mövzu ilə bağlı saytımıza açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqat Mərkəzinin direktoru Mehman Axundov bildirib ki, Xəzər dənizində yay aylarında balıqların ölümü təbii bir prosesdir və yay mövsümündə suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür:

“Buna səbəb isə yay aylarında havanın temperaturunun qalxmasıdır. Belə ki, temperatur qalxır, suyun səviyyəsi, oksigenin həll olunmuş miqdarı aşağı düşür. Nəticədə bu cür mənzərə yaranır. Adətən bu proses iyul-avqust aylarında müşahidə edilir, lakin bu il istilər daha tez düşdüyündən indi baş verib. Ölən balıqların 90 faizi kefal, qalanları kütüm, siyənək, kilkə balıqlarıdır".

AMEA Zoologiya İnstitutunun dosenti, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov isə qeyd edib ki, son 4 gün ərzində havada temperatur yüksəlib:

“Balıqlar suyun dərin qatlarından sahilə tərəf kürü qoymağa gəlir. Adətən, bu proses aprel ayından başlayır. Birdən temperatur qalıb və oksigen çatışmazlığından balıqlar tələf olub. Oxşar hadisələr Xəzərin başqa hissələrində də qeydə alınıb”.




Paylaş:


Müəllif : Tarix:
25-06-2021, 16:03
Sikayət   


loading...
Загрузка...