reklam
Regionxeberlericom.az » Cəmiyyət » Yazıq aztəminatlı ailələrə... Dövlət hesabına hüquqi yardım artıq əlçatmazdır

reklam

Yazıq aztəminatlı ailələrə... Dövlət hesabına hüquqi yardım artıq əlçatmazdır


Milli Məclis Mülki Prosesual Məcəlləyə yeni dəyişikliyə hazırlaşır.
Yeni layihədə kassasiya şikayətlərinin hədləri dəyişdirilir.
Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov qanunvericiliyə təklif edilən bu dəyişikliklə bağlı fikirlərini açıqlayıb.
Onun sözlərinə görə, mülki işlər üzrə aşağı instansiya məhkəmələrində aztəminatlı şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi təcili olaraq təmin olunmalıdır.
“Əks halda dövlət rüsumunun artması, kassasiya həddinin 5 000 manatadək qaldırılması ilə yanaşı pulsuz hüquqi yardıma çatımlılığın təmin olunmaması aztəminatlı şəxslər üçün bu növ mülki iddialar üzrə məhkəməyə müraciət etmək və hüquqi yardım almaq hüquqlarını ciddi şəkildə məhdudlaşdıracaq”.
Sədr, həmçinin məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququ verilməsi barədə təklifə etiraz edib: “Vəsatətin və ya şikayətin “açıq-aşkar əsassız” olması meyarı necə müəyyən olunub və müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hal-hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda “açıq-aşkar və aşkar olmayan əsasssız” vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq? Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı”.


Paylaş:


Müəllif : Tarix:
27-06-2021, 09:56
Sikayət   


loading...
Загрузка...