reklam
Regionxeberlericom.az » Cəmiyyət » Lüksemburqun baş nazirində təhlükəli virus aşkarlandı

reklam

Lüksemburqun baş nazirində təhlükəli virus aşkarlandı


Lüksemburqun baş naziri Ksavye Bettelin koronavirus testinin nəticəsi müsbət olub.
Bu barədə "Luxemburger Wort" nəşri bildirib.

Qeyd edilir ki, hökumət başçısı bununla əlaqədar 10 gün özünü təcridetmə rejimində olacaq, ancaq bu günlər ərzində işləməyə davam edəcək. Məlumata görə, o, xəstəliyi yüngül formada keçirir: Bettelin hərarəti azacıq yüksəlib, o başağrısından əziyyət çəkir.

Bettel mayın əvvəlində “AstraZeneca” vaksininin birinci dozasını qəbul edib. O, ikinci dozanı gələn həftə almağı nəzərdə tuturdu./Report


Paylaş:


Müəllif : Tarix:
27-06-2021, 23:03
Sikayət   


loading...
Загрузка...