Təhsil kreditləri tələbələrə necə veriləcək? - AKTUAL
Bir neçə il əvvəl tələbələrə kömək məqsədi ilə Maarifçi Tələbə Kredit Fondu yarananda, təhsil haqqını ödəməkdə çətinlik çəkən, oxumaq arzusu olan imkansız tələbələr dərindən nəfəs aldılar. “Problemin həlli çözüldü” - deyə kasıb ailələrin ali təhsil almaq istəyən övladları özəl də olsa, yaranan fondun onlara dəstəyini sevinclə qarşıladılar. Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilən fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılması idi. Pilot layihə kimi yaradılan fondun fəaliyyətindən yararlananlar da oldu, şərtlərə uyğun gəlməyərək əli quruma çatmayanlar da. Qeyd edək ki, “Maarifçi” fəaliyyətini bu gün də davam etdirir.
“Kaspi” qəzetinin bu mövzuda hazırlanmış yazısını təqdim edirik:
Bu günlərdə ölkə başçısının Fərmanı ilə “Təhsil Tələbə Krediti Fondu”nin yaradılması isə imkansız ailələrin sönmüş ümidlərinə yenidən işıq yandırdı. Təhsil naziri Emin Əmrullayev ötən həftə mövzu ilə bağlı keçirdiyi brifinqdə fond ətrafında yaranan suallara aydınlıq gətirdi. Kredit Fondunun ali təhsildə mühüm dəyişikliklərə gətirib çıxaracağını qeyd edən təhsil naziri, tələbə kreditlərinin öz hesabına təhsil alan tələbələri əhatə edəcəyini, daha çox bakalavr və magistr səviyyəsi üzrə kredit olacağını, təhsil kreditinin tədris ili üzrə veriləcəyini, yalnız Azərbaycandakı universitetlər üçün nəzərdə tutulduğunu, tələbənin təhsil haqqının tam və ya qismən ödənilə biləcəyini, şəhid ailələri, əlilliyi olan şəxslərlə bağlı şərtlərin dəyişmədiyini, amma ödənişli şərtlərlə oxuyanların kredit ala biləcəyini, o cümlədən, kreditin, böyük ehtimalla, Azərbaycanda təhsil alan xarici tələbələrə şamil ediləcəyini qeyd etdi. Ümumilikdə, əsas məqsədin ali təhsildə əlçatanlığın təmin olunması, təhsildə bərabər imkanların yaradılması olduğu vurğulanıb. Əlbəttə, fondun fəaliyyəti ilə bağlı konkret şərtlər Himayəçilər Şurası tərəfindən hazırlanacaq və Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Bununla belə, təhsil ictimaiyyəti, sıravi vətəndaşlar, ali təhsil almağı düşünən gənclər üçün açıq qalan suallar var. Məsələn, Kanadanın Vaterloo Universitetinin professoru İlham Axundov “Təhsil Tələbə Kredit Fondu”nun yaradılmasını təhsil almaqda bərabər imkanlar yaratmaq məqsədi daşıdığını qeyd edib və onu narahat edən məsələləri önə çəkib: “Tələbələrimizin neçə faizinin kreditə ehtiyacı olduğu və kredit şərtlərini ödədiyi ilə bağlı hər hansı bir araşdırma-sorğu aparıldımı? Kanadada bu, 51 % təşkil edir.
Tələbələrin bir çoxları bu krediti götürəndə geri ödəmə zamanı nə etməli olduğuna çox fikir vermirlər. Geri ödənişlər necə olacaq? Və daha da əhəmiyyətlisi, ödəyə bilməsələr nə baş verəcək? Bu sualların cavabları indi verilməlidir. Əks halda, qorxuram ki, kredit borcları və qeyri-stabil iş bazarı şəraitində məzun olan tələbələrimiz daha da ağır vəziyyətə düşsünlər. Ümid edirəm ki, bu, belə olmayacaq və Təhsil Nazirliyi bu suallara aydınlıq gətirəcək”.
ABŞ-ın Şimali Dakota Universitetinin maliyyə professoru Fariz Hüseynli “Facebook” hesabında Kredit Fondunun yaradılmasına toxunaraq Amerikada 1 trilyondan çox tələbə borcunun yığılması fonunda məsələyə ehtiyatla yanaşdığını qeyd edib. Onun fikrincə, kreditin olması ali məktəbləri təhsil haqlarını artırmağa sövq edəcək: “Təhsil haqqının əsaslandırılması və təhsilin keyfiyyəti, iqtisadi təsirlə əlaqələndirilməsi vacibdir. Ümid edirəm, kredit imkanı, təhsil haqlarına görə orta bacarıqlı şagirdlərin həvəsdən düşməsinin qarşısını alar. Kreditlərin yığılma mexanizmi, ödənməmə riskləri və s. də məni maraqlandırır. Şəffaf əmək bazarı və maliyyə sistemi olmalıdır, həm də. Bankların “moral hazard” problemini də idarə etmək və faizləri müəyyən edən mexanizmləri də qurmaq vacibdir”.
Rusiyada hesab edirlər ki, dövlət dəstəyi ilə təhsil kreditləri, yüksək keyfiyyətli ali təhsil və yaxşı bir iş əldə etməyə kömək edir. Tələbələr arasında keçirilən sorğuda bütün respondentlər təhsil kreditlərini digər kredit növləri ilə müqayisə edərək şərtlər baxımından üstünlüklərini qeyd ediblər. Anket iştirakçılarının fikrincə, təhsil kreditlərinin ruslar arasında populyar olmamağının əsas səbəbi əhalinin bu fürsət barədə məlumatlarının az olmasıdır. Digər tərəfdən, bu, övladlarının təhsili üçün son qəpiklərini ödəyən valideynlərin və onların hər hansı bir kreditə qərəzli yanaşmalarının nəticəsidir: “Bir insanın öz təhsili üçün məsul olması fikri cəmiyyətimizdə hələ də populyar deyil. Gənclər təhsilləri üçün kredit əldə etməli və onun qaytarılmasına məsuliyyətlə yanaşmalıdırlar” - deyə respondentlər düşünürlər.
Təbii ki, tələbə təhsil haqqını ödəyə bilməyəndə, bu, universitet üçün də problem yaradır. Təhsil krediti, hər şeydən əvvəl universitet üçün maliyyə dayanıqlığı deməkdir. Digər məsələ, vətəndaşın kreditə necə yanaşacağıdır. Vətəndaş-bank təcrübələrindən çıxış etsək, bu istiqamətdə problem kifayət qədərdir. Kreditə müraciət edən valideyn və ya tələbə özünü yetərli qədər məsuliyyətli hiss edəcəkmi? Və ya fond, ehtiyacı olan və gələcəkdə krediti ödəmək məsuliyyətini hiss edən hər tələbənin üzünü güldürə biləcəkmi?
Xatırladaq ki, Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət vəsaiti hesabına oxuyur. Bu o deməkdir ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 110 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Bu baxımdan ali təhsil müəssisələrimizin mənzərəsinə nəzər salan təhsil eksperti Kamran Əsədovun fikrincə, hələ 2013-cü ildə “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulsa da, həyata keçməyib.
Nəticədə son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Yəni, 1-2-ci kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub: “Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər. Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniya, Fransa, Böyük Britaniya, Şərqi Avropa ölkələrində də var. Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir.
Amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaranmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır”.
Ekspert bildirir ki, müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb: “Qardaş Türkiyədə də bu kredit sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz”. K.Əsədov bildirir ki, hazırda ölkəmizdə tələbələrə güzəştli kreditlərin verilməsi mövcud deyil: “Verilən kreditlər də “Maarifçi” Fondunun kreditidir. O fond da özəldir və büdcəsi yoxdur”. Ekspert hesab edir ki, gələcəkdə problemin yaranmamağı üçün Fondun fəaliyyət mexanizmi mükəmməl olmalıdır: “Bu gün ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin olunur. Bu mexanizmin üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyəcək şəxslər, potensial problemli kreditora çevrilir. Qeyd edim ki, tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan vəsait də 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Hesab edirəm ki, kreditlər faizsiz verilməlidir, çünki sonra tələbələr problemli kreditora çevrilməli deyil. Həm də kredit verilən tələbələr sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər”.
Açıq qalan suallarda da, səslənən fikirlərdə də həqiqət çoxdur. Sualların cavabı isə yalnız fərmandan irəli gələn məsələlər icra olunmağa başlayandan sonra tapılacaq. Ümid edək ki, bu Fondun fəaliyyəti, sədası o qədər də eşidilməyən “Maarifçi”dən daha proqressiv və aktiv olacaq!
Paylaş:
Müəllif : Yazar
Tarix:28-06-2021, 14:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-06-2021, 14:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16