"Azərbaycanda "Delta" ştammının yayılmaması üçün ciddi tədbirlər görülməlidir" - Həkim
Bir müddət əvvəl Hindistanın Maharaştra ştatında ilk dəfə qeydə alınan koronavirusun “delta plus” (B.1.617.2.1) adlı yeni ştammı sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bir neçə gün öncə keçirilən brifinqdə Delta koronavirus ştammının 92 ölkədə qeydə alındığını açıqlayıb. Təşkilatın məlumatına görə, bəzi peyvəndlər sürətlə yayılan Delta variantına qarşı daha az təsirli olur. Bu ştammın artıq qonşu Gürcüstanda da qeydə alınması ölkəmiz üçün real təhlükəyə çevrilib.
İyunun 24-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu günə kimi Azərbaycanda “Hindistan ştammı” (Delta) rəsmi şəkildə qeydə alınmayıb.
Mövzu ilə əlaqədar Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusun "Delta" ştammının kütləvi yayılmaması üçün qabaqlayıcı ciddi tədbirlər görülməlidir: "Bu gün İngiltərədəki rəsmi hesabatlara baxdıqda görürük ki, "Delta" variantı həftəlik təxminən 50 %-ə qədər qalxır və bu yoluxmalar da ən çox 10-39 yaş qrupu arasında, yəni ya peyvənd almayanlar, ya da bir dəfə peyvənd olunanlar arasında rast gəlinir. Bu da onu göstərir ki, artıq yeni və qətiyyətli qərarlar verməyin vaxtıdır və məhz buna görə də orada artıq nəzərdə tutulan vacib yumşalma tədbirlərinin icrası 1 ay gecikdiriləsi oldu".
Azərbaycanlı alimin sözlərinə görə, bu gün azsaylı elmi tədqiqatlar onu deməyə əsas verir ki, "Delta" variantının yayılma sürəti daha çoxdur: "Bu ştamma yoluxma səbəbindən xəstəxanaya düşmə riski də daha çoxdur. Ona görə də Azərbaycanda da qabaqlayıcı tədbirlərin görülməsinə ciddi əsas var. Ciddi əsas həm də ona görə var ki, İngiltərədə "Delta" variantına yoluxub ölənlər arasında hər iki peyvənd dozasını alan insanlar da olub. Yəni, əvvəllər də dediyim kimi müəyyən ölkələrdə sadəcə peyvənd çıxış yolu deyil, təəssüf ki, eləcə də Azərbaycanda".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus iyunun 26-da Cenevrədə keçirdiyi brifinqdə "Delta"nın peyvənd edilməmiş əhali arasında sürətlə yayıldığını bildirib. O, “Delta”nı COVID-19 mutasiyaları arasında təsbit edilən ən yoluxucu variant adlandırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-06-2021, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-06-2021, 10:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16