Dərslərin uzanması uşaqlarda problem yaradır - Psixoloq
Dərslərin iyunun 14-nə qədər davam etməsi məktəblilərin, xüsusilə ibtdai sinif şagirdlərinin psixologiyasına pis təsir edir. Bu gün psixoloq müayinəsi görən uşaqların əksəriyyəti zehni yorğunluqdan əziyyət çəkir. Söhbət zamanı uşaqlar özləri də bildirir ki, artıq məktəbə getmək istəmirlər.
Bu sözləri Axar.az-a psixoloq Könül Telmanqızı dərslərin iyun ayının 14-nə qədər davam etməsinin uşaqlara mənfi təsirləri barədə danışarkən deyib.
Psixoloq bildirib ki, bu durumdan əziyyət çəkənlərin əksəriyyəti aşağı sinif şagirdləridir:
"Artıq demək olar ki, proqram bitib, kitablar da yığışdırılıb. Ancaq dərslər hələ 14-nə qədər davam etdiyindən uşaqlara əlavə tapşırıqlar verirlər ki, dərsə boş-boşuna gedib gəlməsinlər. Bu, uşaqların əlavə yüklənməsi deməkdir. Nəzərə alın ki, yuxarı sinifər artıq qəbul imtahanlarını da veriblər. Ancaq məcburdular ki, dərsə gəlsinlər. Yuxarı sinif şagirdləri vəziyyətdən hansısa formada çıxa bilirlər. Ancaq aşağı sinif uşaqlarını bu hal dərsdən və məktəbdən vaxtından əvvəl soyudur".
K.Telmanqızı bildirib ki, bu vəziyyətdən çətinlik çəkən azyaşlıların psixoloq müayinəsinə getmə halları artıb:
"Bir psixoloq olaraq bu vəziyyət məni narahat edir. Əvvəllər psixoloqa müraciət edən məktəblilərin sayı bu qədər çox deyildi. Həm problemlər də tamam başqa idi. Ancaq bu gün əksər məktəblilər zehni yorğunluq, dərsə həvəssizlik, özünə qapanma, müstəqil dərs edə bilməmə kimi problemlərdən əziyyət çəkir. Valideynlər də bildirir ki, uşaqlara dərs etdirməkdə çətinlik çəkirlər. Bu da təbii olaraq məktəblinin dərs qiymətinin aşağı düşməsi və bu problemdən də əlavə məyusluq yaşamasına səbəb olur. Bir müddət sonra isə uşağın dərslərdən tamamilə soyuması ilə nəticələnir".
Psixoloqun sözlərinə görə, iyun ayında havaların isti keçməsi dərs otaqlarında 45 dəqiqə oturmağı da çətinləşdirir:
"Nəzərə alın ki, bu gün əksər məktəblərin dərs otağında havalandırma və kondisioner sistemi yoxdur. Belə halda 45 dəqiqə otaqda əyləşmək çətindir. Uşaqlar hava almalıdır, keçdiyi dərsi də yaxşı qavraya bilməsi üçün tez-tez havaya çıxmalıdır. Ancaq gün ərzində ən az 4 dərsi olan şagird dərsin sonuna qədər ancaq bina daxilində olur. Bu kimi problemlər uşaqlarda fiziki inkişafı ləngidir, zehni yorğunluq və depressiya yaradır. Nəzərə almaq lazımdır ki, hər uşaq eyni deyil və hər uşağın da fiziki və zehni qabiliyyəti bu qədər yükü götürməyə hazır deyil".
K.Telmanqızı bildirib ki, vəziyyət bu şəkildə davam edərsə, yaxın illər ərzində məktəblilərin hamısı psixoloq müayinəsinə ehtiyac duyacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-06-2019, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-06-2019, 09:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti