Rusiyada silah almaq qaydaları sərtləşdirildi – Putin qanunu imzaladı
Rusiya Prezidenti Vladimir Putin silahlara nəzarəti sərtləşdirməyi nəzərdə tutan qanunu imzalayıb. Bu, ötən ay orta məktəbdə ölümlə nəticələnmiş atışmadan sonra baş verib.
İyunun 28-də qüvvəyə minmiş qanunla ov tüfəngləri və uzun lüləli silahlar almaq üçün minimum yaş həddi 18-dən 21-ə qaldırılıb. Bundan əlavə, silaha yiyələnməyə əlavə məhdudiyyətlər də qoyulur. İndiyədək ağır cinayətlər törətmiş şəxslərin silaha sahiblənməsi yasaqlanırdı. İndi isə narkotiklərdən istifadəyə görə məhkum edilmiş, yaxud barəsində təhqiqat aparılmış şəxslər silah lisenziyasından məhrum edilə bilər.
İçkili vəziyyətdə maşın sürən zaman yaxalanmış şəxslərə də müvəqqəti qadağa qoyulacaq. İki və daha artıq kriminal tarixçəsi olan rusiyalılara da silah lisenziyası verilməyəcək. Minimum yaş tələbi orduda xidmət etmiş şəxslərə, dövlət hərbi təşkilat üzvlərinə, polis əməkdaşlarına aid deyil.
Milli azlıqlardan olanlar, peşəkar ovçular, özəl təhlükəsiz firmalarının əməkdaşları da 18 yaşından silah ala biləcəklər.
Xatırladaq ki, Rusiya Qvardiyasının başçısı Viktor Zolotov mayda silah qanunlarını sərtləşdirməyi təklif edib. O bu açıqlamanı Kazanda məktəbdə atışmada yeddi uşaq və iki müəllim öldürülməsindən sonra verib. Hücumu rəsmi qeydiyyatda olan silahla 19 yaşlı İlnaz Galyaviyev törətmişdi. (azadliq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:29-06-2021, 17:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-06-2021, 17:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti