QARABAĞDA ERMƏNİ CİNAYƏTKARLARIN NECƏ HƏBS EDİLDİYİ MƏLUM OLDU - Məhkəmədə açıqlandı
Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ceyhun Vəlibəyov ifadə verib.
O bildirib ki, Vətən müharibəsi zamanı A.Xosrovyan Cəbrayıl istiqamətində kəşfiyyat xarakterli hərəkətlər apararkən Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib: “O, “UAZ” markalı avtomobildə idi. Alyoşa Xosrovyanı saxlayan zaman maşından silah-sursat çıxdı. Biz onu aidiyyəti şəxslərə təhvil verdik”.
Daha sonra şahid qismində Azərbaycan Ordusunun digər hərbi qulluqçusu Tural Davudov dindirilib. O da qeyd edib ki, A.Xosrovyan Cəbrayıl istiqamətində ələ keçirilib: “Alyoşanı tanıyıram. Onu Cəbrayıl ərazisində xidmət zamanı “UAZ” markalı avtomobildə gördük. Hərbi geyimdə idi və “AK-74” silahı var idi. Həmin an başa düşdük ki, bizimkilərdən deyil və Alyoşanı zərərsizləşdirdik. Biz onu zərərsizləşdirmək istəyəndə əlini silaha atdı. Silahın darağı dolu idi”.
Təqsirləndirilən A.Xosrovyan isə deyib ki, Azərbaycan Ordusunun hərbi qulluqçularına Cəbrayıl istiqamətində təslim olub.
Şahid qismində dindirilən Azərbaycan Ordusunun hərbi qulluqçuları - Aydın Məmişov və Elnur Süleymanov da digər şahidlər kimi eyni məzmunlu ifadə verib. Onlar söyləyiblər ki, A.Xosrovyan ələ keçirilən zaman hərbi geyimdə və silahlı olub.
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs A.Xosrovyan bildirib ki, üzvü olduğu “Yerkrapa” erməni təşkilatı əvvəl Qarabağda azərbaycanlılara qarşı döyüşüb: "Təşkilatın rəhbəri, erməni generalı Manvel Qriqoryan idi. O, əvvəl Hadrutda döyüşüb.
2020-ci ilin oktyabr ayının 3-də bildim ki, Azərbaycan hərbçiləri Cəbrayıl rayonunu işğaldan azad edib. Amma mənə zəng edən zabit dedi ki, "Cəbrayılda erməni əsgərləridir, qorxma gəl".
Zərərçəkmiş Cavid Hüseynov isə deyib ki, A.Xosrovyan L.Mkrtiçyanla birlikdə ona ağır işgəncələr verib: "Bunlar yalan danışmaqla özlərini günahsız kimi göstərmək istəyirlər".
Z.Həsənov isə deyib ki, A.Xosrovyan 1994-cü ildə Xankəndində rus jurnalistin gözü qarşısında, həmin ilin may ayında Şuşada siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr verib: “Bunların hər ikisi Azərbaycan dilini çox yaxşı bilir. Bizimlə Azərbaycan dilində danışırdılar. Onlar məni çox yaxşı tanıyır”.
Daha sonra L.Mkrtiçyan sərbəst ifadə verib. O qeyd edib ki, 1993-cu ildə Ağdərədə istiqamətində olub: “Əsgər olmuşam, səngərdə dayanırdıq. Həmçinin 1 dəfə posta çıxmışam, oradakı evlərə qarovul çəkirdim, yeməkxanalarda köməklik edirdim. Mənə “AK-74” silahı vermişdilər.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsə “sən əlində silah postda nə gəzirdin?” sualını verib.
L.Mkrtiçyan bu suala cavab verməkdə çətinlik çəkdiyini deyib: “O vaxt könüllülər yığışıb azərbaycanlılara qarşı vuruşurdular. Mən azərbaycanlılardan heç bir ziyan görməmişəm. Cəmi 1 ay orada olmuşam, 2 ay isə Hadrutda qalmışam. 1994-cü ildə hərbi münaqişə bitdikdən sonra isə Suqovuşanda olmuşam”.
Məhkəmənin növbəti məhkəməsi iyulun 7-nə təyin edilib.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.
İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.
Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.
Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr verən Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.
İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mayın 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-06-2021, 13:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-06-2021, 13:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09