Əldə qalan özəlləşdirmə çekləri: - "Vətəndaşlara kompensasiya ödənməlidir"
“Vətəndaşların haqqı olan özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılmasının tərəfdarıyam”.
Bunu özəlləşdirmə çekləri ilə bağlı tədavül müddətinin yenidən artırılmasına ehtiyac olduğunu bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev açıqlamasında deyib.
Deputat vurğulayıb ki, bu gün əllərində çeki olan insanların hüquqlarının bərpa olunması vacibdir:
“Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. O vaxtı bu çeklərdən faydalanan insanlar oldu. Əksər insanlar isə özəlləşdirmə çeklərini qara bazarda satdılar və bu çekləri alan şəxslər qiymətləndirmə əsasında müəyyən sexləri, zavodları özəlləşdirdilər. Lakin bir çox vətəndaş çeklərini qoruyub saxladılar və düşündülər ki, gələcəkdə daha çox faydalana biləcəklər. Təəssüf ki, bu çeklərin yenidən dövriyyəyə buraxılmasına imkan yaradılmadı. Bir neçə il öncə özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı məlumatlar yayılmışdı, amma heç bir nəticə olmadı.
Hesab edirəm ki, sözügedən məsələyə yenidən qayıtmaq lazımdır. Bu baxımdan özəlləşdirmə çeklərinin tədavülünə dəstək olan millət vəkilləri də haqlıdır. Çünki cənab prezident də hər zaman öz çıxışlarında bildirib ki, insanların haqqları və tələbləri təmin olunmalıdır. Özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir. Bu, çox vacibdir. Çünki o vaxtı paylanan özəlləşdirmə çekləri vətəndaşların haqqıdır. Hazırda məndə də özəlləşdirmə çekləri var. Bir millət vəkili kimi, özəlləşdirmə çekləri ilə bağlı məsələni müdafiə etməyə hazıram”.
Qeyd edək ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin fərmanına əsasən, dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci ildə başa çatıb. Çeklərin ləğvi barədə isə rəsmi qərar yoxdur.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-07-2021, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-07-2021, 10:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:02
Səhiyyə Nazirliyinin əməkdaşları “Laser Beauty Estetik Klinikası”nda müqavimətlə üzləşdi
Bu gün, 10:50
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 08:57
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:32
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Dünən, 12:24
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
22-01-2025, 22:25
Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
22-01-2025, 12:32
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
22-01-2025, 12:12