“Qazın bahalaşmasından yalnız “Xruşovka”da yaşayanlar yararlanacaq” - BƏS YERDƏ QALANLAR?..
"Bu qərardan yalnız "Xruşovka”larda yaşayan və qazdan istilik məqsədilə istifadə etməyənlər yararlana biləcəklər”.
Bu sözləri Sfera.az-a açıqlamasında Tarif Şurasının qazın istehlak qiymətini qaldırmasının verəcəyi müsbət və mənfi tərəflərdən danışarkən, neft-qaz üzrə ekspert İlham Şaban deyib:
"Verilən qərardan sonra istehlakçılar qazdan daha qənaətlə istifadə etməyə məcbur olacaqlar. Tarif Şurasının məlumatında göstərilir ki, 2017-ci ildən üzü bəri əhalinin istehlak etdiyi qazın həcmi 1 milyard kubmetr artıb. İndi qiymət artımından sonra əhalinin istehlak etdiyi qazın həcmi azalacaq. Qazın istehlakı əsasən hava şəraitinə bağlıdır. Mülayim havada qazdan istifadə az olur. Əvvəlki illərdə qaza görə ildə 220-230 manat pul ödəyirdim. Ancaq son illər mülayim hava şəraitilə əlaqədar bu rəqəm 180 manatdan artıq olmayıb.
Həmsöhbətimiz Azərbaycanda bu sahədə şəffaflığın kifayət qədər olmadığını dedi. Ona görə də lazım gəldi-gəlmədi belə qiymət artımına gedirlər:
"Son illər sırf qaza yönəlik çoxsaylı sənaye müəssisələri də açılıb. Amma bir dəfə də olsun ki, "Azəriqaz”ın sənaye obyektlərinin nə qədər qaz istehlak etdiyi barədə açıqlaması olmayıb. Əksinə hər dəfə eşidirik ki, onların borcu var. Bir ildə 200 manatlıq qaz istehlak edənin evinə elektron sayğac qoyurlar. Amma necə olur ki, 2 milyon kubmetr qaz istehlak edən müəssisələrə sayğac qoyub öncədən haqqı almırlar? Azərbaycanda əhali kateqoriyası istehsal edilən qazın üçdə birini istehlak edir. 12 milyard kubmetr qaz istehsal edilir ki, əhali onun cəmi 3,7-3,8 milyard kubmetrini istehlak edir.
Tarif Şurasının bu qərarının mənfi təsirlərinə gəldikdə isə, ekspert bildirdi ki, burada itirən, ziyna düşən yalnız vətəndaşlar olacaq, nə getsə onların cibindən gedəcək: "Onlar qazdan istifadəyə görə əvvəlki dövrlə müqayisədə daha çox pul xərcləməli olacaq. Məsələn, bundan sonra şəxsən özümün qaz xərci əlavə olaraq 100 manatadək artacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2021, 12:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-07-2021, 12:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti