reklam
Regionxeberlericom.az » Cəmiyyət » Toyların başlanmasına Aşıq Əlidən REAKSİYA : "Telefonlarımız susmur"

reklam

Toyların başlanmasına Aşıq Əlidən REAKSİYA : "Telefonlarımız susmur"


“Artıq dəvətlərimiz də var, deyərdim ki, hətta yerlər doludur. Telefonlarımız susmur”.

Bunu Yenicag.az-a açıqlamasında Aşıq Əli pandemiyaya görə toylara qoyulan qadağanın iyulun 1-dən aradan qaldırılmasına münasibət bildirərkən deyib.

Sənətçi əhalinin əksər hissəsinin qazancının toylardan çıxdığını da bildirib:

“Azərbaycanda insanların yüzdə 80-90 faiz gəliri, biznesi toya bağlıdır, bunu hamı bilir. Bəzi insanlar elə bilir ki, toyların başlanması təkcə musiqiçilərin maddi durumuna təsir edəcək. Belə deyil, bu xəbər istər şadlıq evləri, istər mebel, ticarət və digər sahələrdə çalışan insanların hamısını əhatə edir. Onların da qazanc yeri məhz toylarla əlaqəlidir.

Xalqımıza gözəl adət-ənənəmiz olan toy yaraşır. Allah xalqımıza gözəl günlər nəsib eləsin. Artıq dəvətlərimiz də var, deyərdim ki, hətta yerlər doludu. Telefonlarımız susmur”.


Paylaş:


Müəllif : Tarix:
1-07-2021, 18:13
Sikayət   


loading...
Загрузка...