Qazın güzəşt limiti azaldıldı – “Sosial ödənişlər artmalıdır”
Tarif (qiymət) Şurasının iclasında təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edilib və iyulun 1-dən qüvvəyə minib. Tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Qeyd edək ki, indiyədək təbii qazın güzəştli məbləğlə istifadəsində tətbiq olunan illik limit 2200 kubmetr olub. Yəni, əhali 2200 kubmetrə qədər istifadə etdiyi qazın hər kubmetrinə 10 qəpik, limiti keçəndən sonra 20 qəpik ödəyib. İndi isə bu limit 2200 kubmetrdən 1200 kubmetrə düşürülüb. 2016-cı il 1 dekabr tarixindən 2019-cu il 1 may tarixinədək isə bu limit 1700 kubmetr olub. Ondan öncə isə bu limit 1500 kubmetr idi.
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, təbii inhisarlar tərəfindən təklif edilən xidmətlərə görə tariflərin artırılması sosial-iqtisadi baxımdan problemlərin artmasına şərait yaradacaq: "Eyni zamanda bunun inflyasiya ilə bağlı təsirləri qaçılmazdır. Tariflərin artırılmasından sonra çıxış yolu sosial xərclərin artırılmasından ibarət olmalıdır. Son illərdə Azərbaycanda sosial müdafiə istiqamətində effektiv tədbirlər reallaşdırılıb.
İmkan vermək olmaz ki, tariflərin artımı, bütövlükdə inflyasiya göstəricilərinin yüksəlməsi müsbət sosial proseslərə mənfi təsir göstərsin. Ona görə də mütləq şəkildə əməkhaqlarının, pensiyaların, təqaüdlərin, müavinətlərin artımı ilə bağlı qərarlar qəbul olunmalıdır və bu, gözləniləndir. Əks halda bu, əhalinin alıcılıq qabiliyyətinə, son nəticədə istehsala, iqtisadi artıma da mənfi təsir göstərəcək. Çünki alıcılıq qabiliyyətinin azalması son nəticədə iqtisadi fəaliyyətin stimullaşdırılmasına mane olur".
"Qısa müddətdə 1200 kubmetrlik limiti keçmək mümkündür. Artıq qərar qəbul edilib. Çıxış yolu ancaq sosial ödənişlərin artırılması və əhalinin alıcılıq qabiliyyətinin qorunması ola bilər", - deyə ekspert əlavə edib.
İqtisadçı Rəşad Həsənov deyib ki, böyük ehtimalla şəhər əhalisinin əksəriyyəti yeni müəyyən edilən limitdən artıq istifadə edəcək və onların əksəriyyətinin kommunal xidmətlər üzrə xərcləri artacaq: "Təxminən bir ildə 80-100 manat əlavə olaraq qaza görə pul ödəniləcək. Bu sahəni özəlləşdirsələr, daha yaxşı olar və bir çox ölkələrdə olduğu kimi azad bazar şərtləri daxilində qiymətlər formalaşsın. Məsələn, qeyri-mövsüm dövrlərində, neft ucuzlaşanda qiymətlər aşağı düşsün və s.".
Qeyd edək ki, iyunun 30-da Tarif Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. Belə ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir.
Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kub metrdən 1,6 min kub metrə, ümumi istehlak həcminin isə 2,7 milyard kub metrdən 3,7 milyard kub metrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.
Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.
Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.
Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək. İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.
Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılmışdır. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.
Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.
Koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişib, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb.
Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kubmetr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kubmetr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kubmetr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.
Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.
Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.
"Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib ki, bu gün "Azəriqaz"ın təxminən 2,4 milyon abunəçisi var və bunun 1,3 milyonu təbii qazdan 1 200 kubmetrlik limit çərçivəsində istifadə edəcək, yəni qazın hər kubmetrini 10 qəpikdən əldə edəcək. Gələn həftədən smartkart tipli sayğacların oxunmasına başlanılacaq və bu sayğacları olan abunəçilər iyuldan qazdan yeni tariflərlə istifadə edəcəklər. Mexaniki sayğacların sahibləri isə iyulun 10-na qədər qazdan köhnə tariflərlə istifadə edəcəklər. O vaxta qədər proqram təminatında yenilənmə olacaq.
Yeni tarif mərkəzləşdirilmiş istilik sisteminin gələcəkdə bir qədər də inkişaf etməsinə gətirib çıxardacaq
Ruslan Əliyev deyib ki, "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə yeni təbii qaz tarifləri Azərbaycanda mərkəzləşdirilmiş istilik sisteminin daha da inkişaf etməsinə şərait yaradacaq. Yeni tarif mərkəzləşdirilmiş istilik sisteminin gələcəkdə bir qədər də inkişaf etməsinə gətirib çıxardacaq.
Onun sözlərinə görə, mərkəzləşdirilmiş istilik sistemi artıq dünyanın bir çox ölkəsində istifadə edilir. Bu sistemin fərdi isitmə sistemlərindən fərqi təkcə təbii qaza olunan qənaət deyil, həm də ekoloji cəhətdən bir çox üstünlüyü var.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-07-2021, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-07-2021, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16