Komitə sədrindən dövlət qurumu ilə bağlı Hesablama Palatası və Baş Prokurorluğa MÜRACİƏT
Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Gəncədə su qıtlığı yarandığını bildirib.
M.Quliyev deyib ki, yay fəsli 10 gündür gəlsə də, Gəncədə su problemi yaranıb.
“Gəncədə indidən ağaclar öz payızını yaşayır. Böyük, yaşı 100-150 olan ağaclar da quruyur”, - deyə M.Quliyev əlavə edib.
Deputat qeyd edib ki, Gəncədə bir çox məhəllələrdə evlərə gündə cəmi iki saat su verilir. Onun sözlərinə görə, 2011-ci ildən “Azərsu” ASC-nin başladığı layihənin indiyədək cəmi 42 %-i icra olunub:
“200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq, nəticə yoxdur” - deyən M.Quliyev əlavə edib ki, küçələr qazılıb. Bildirib ki, gündə bir küçədə partlayıb dağılan keyfiyyətsiz kanalizasiya xətləri su qıtlığı və əhalinin narazılığına səbəb olur.
“Həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılıb. Bu cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir”.
M.Quliyev Hesablama Palatasına və Baş Prokurorluğa ayrılan maliyyə vəsaitlərinin xərclənməsini araşdırmaq üçün müraciət edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-07-2021, 12:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-07-2021, 12:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti