Bu şəxslər üçün qaz sayğacları PULSUZ QURAŞDIRILACAQ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yeni inşa olunan çoxmənzilli binalarda sayğacların quraşdırılması zamanı sakinlərdən sayğacın dəyərinin tələb olunmasına dair müraciətləri araşdırıb.
Xidmətdən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, mənzil tikinti kooperativi sayğacları enerji təchizatı ilə məşğul olan qurumlardan öz hesablarına aldıqlarını əsas gətirərək sakinlərdən sayğacların dəyərini tələb edir.
Bu məsələlərin müzakirəsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində enerji təchizatı ilə məşğul olan qurumların nümayəndələri ilə görüş keçirib. Görüş zamanı mənzil-tikinti kooperativləri tərəfindən inşa edilən çoxmənzilli yaşayış binalarına quraşdırılan qaz sayğaclarının dəyərinin sakinlərdən tələb edilməsi hallarına yol verilməməsinin və bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət edilməsinin zəruriliyi vurğulanıb.
Qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, bu il iyulun 1-dən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılması tələbi qeyd olunacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2021, 17:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2021, 17:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49
19-02-2025, 14:47
19-02-2025, 10:04

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video