Bakıda stadionda LGBT bayrağı skandalı: bu, kimlərə lazımdır? - İLGİNC
Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Çexiya-Danimarka oyunu zamanı bir qrup azarkeş tərəfindən LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) bayrağı dalğalandırılıb. “Yeni Müsavat” xəbər verir ki, polislər dərhal müdaxilə edərək, LGBT bayrağını stadiondan yığışdırıb.
UEFA EUR0 2020-nin Azərbaycan və Rusiyada keçirilən oyunlarında sponsorların reklamlarında və azarkeşlərin LGBT bayrağından istifadə etməsini qadağan edib. Lakin danimarkalı azarkeşlər arasında cinsi azlıqların hüquqlarını müdafiə xarakterli diqqət çəkmək üçün bayraq qaldıranlar olub. Əslində Azərbaycanda da LGBT tərəfdarları var və zaman-zaman onların haqlarının qorunması məsələsini gündəmə gətiriblər. Ancaq əhalisinin əksəriyyətinin mühafizəkar və msəlman olduğu bir ölkədə cinsi azlıqların haqlarının xüsusi qabardılması həmişə qınaqla qarşılanıb.
Bir müddət əvvəl NİDA-çı gənc, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə müsahibəsində demişdi ki, beynəlxalq təşkilatlar LGBT-yə dəstək verirlər. Yazar Günel Mövlud isə bəyan etmişdi ki, LGBT və feminizm ölkədə yeni müxalif avanqarddır. Deputat Tahir Kərimli bildirmişdi ki, Azərbaycan Avropa Şurasına daxil olanda öhdəliklərdən biri cinsi azlıqlara qarşı dözümlülük nümayiş etdirilməsi idi: “Buna qəti etiraz etdim. Bildirdim ki, Azərbaycanın milli adət-ənənələri var, bu öhdəliyi qəbul edə bilmərik. Buna baxmayaraq, Azərbaycanın Cinayət Məcəlləsindən 113-cü maddəni çıxardılar. Eyni cinslilərin münasibətinə, evliliyinə razılıq verməyimiz mümkün deyil”.
Prezident İlham Əliyevin də bu məsələdə kəskin mövqeyi olmuşdu. Avropa Şurasını tənqid edərkən vurğulamışdı ki, sonra da deyirlər gəlin bizə inteqrasiya edin: “Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, ”Stop İslam!" deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik".
Bu baxımdan Azərbaycan beynəlxalq siyahılarda LGBT hüquqlarının ən az qorunduğu ölkə olaraq sonuncu yeri tutur. Əlbəttə, buna görə ancaq sevinmək də olar, onlara xüsusi hüquqlar niyə tanınmalıdır, digər vətəndaşlar kimi konstitutsiyada göstərilən azadlıqlara malikdirlər. Bəs LGBT-ni aktuallaşdırmaq Qərbə niyə lazımdır? Bununla hansı hədəfləri nişan alıblar? Ümumiyyətlə, Qərbin hansısa fondları üçüncü respublikalarda bu təbliğatı gücləndirməyi qarşısına hədəf qoyublarmı?
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” inkişaf və tərəqqi ictimai birliyinin sədri Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, LGBT-nin yalnız Azərbaycanda deyil, dünyada müdafiə sistemini gücləndiriblər. Onun sözlərinə görə, hətta bəzi Qərb ölkələrində artıq ata və ya ana deyil, 1-ci və 2-ci valideyn deyə yazılır: “Ona görə tək Azərbaycana qarşı həmlə kimi qiymətləndirmək istəməzdim. Bu, dünyada gedən prosesdir. Sadəcə, aydın məsələdir ki, bizdə LGBT hüquqlarına münasibət birmənalı deyil. Bu sahədə maarifləndirmə, insanların münasibətində düzgün formalaşmada problem var. Bu baxımdan hər iki tərəfi anlayıram”.
G.Səfərova hesab edir ki, Azərbaycan dünyəvi dövləti olsa da, ənənəvi ölkədir: “Ona görə bizdə birmənalı qarşılanmayacaq. Eyni zamanda, bəzi Avropa ölkələrində də cinsi azlıqlar yaxşı qarşılanmır. Amma bizdə toplum tərəfindən xüsusi aqressivlik var. Anlayıram ki, onları qəbul etməyənlər üstünlük təşkil edir. Ancaq bu işin Qərb dairələri tərəfindən yad fikir kimi ötürülməsi haqda deyilənləri düşünmək lazımdır. Deməzdim ki, tam olaraq elədir. Onlar həmişə olub, sadəcə, publik edilməyib, təbliği aparılmayıb”.
QHT sədrinin fikrincə, qalan məsələlər qanun və hüquq çərçivəsində həllini tapmalıdır: “Mən də belə fikirlər oxuyuram ki, Qərbin gətirdiyi yad işlərdir. İstisna etmirəm ki, hansısa fondların istəyi ola bilər. Amma bütün məsələlər qanun çərçivəsində müəyyənləşdiriləcək”.
AĞ Partiya başqanının I müavini Əhəd Məmmədlinin sözlərinə görə, UEFA qadağa qoymuşdu, amma danimarkalı azarkeşlər qaydanı pozdular: “Danimarka Futbol Federasiyası buna görə cərimələnməlidir. Sadəcə, bu cərəyanın inkişaf etməsində maraqlı olan dairələr var, təbliğatını aparırlar. Azərbaycanda da müəyyən qruplar var, amma çox kiçik çevrədir. Onlar qrant alırlar, muzdlu işçilər kimi xidmət göstərirlər”.
Ə.Məmmədli hesab edir ki, bu məsələdə siyasi partiyaların konkret mövqeyi olmalıdır: “Ağ Partiya bu cərəyanın təbliğatının əleyhinədir, digər partiyalardan isə konkret mövqe görməmişik. Burada söhbət 3-5 qəpiyə işləyən marginal qruplardan getmir, təhlükə onların başının üstündə sahiblərindən qaynaqlanır. Azərbaycan dövləti bu məsələni həll etməlidir. Hətta efirlərdə olan həmin müğənnilərlə, şou adamları ilə bağlı bir addım atılmalıdır”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:6-07-2021, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-07-2021, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39