Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb - VİDEO
Azərbaycanda mal-qara təsərrüfatlarında 10-15 ildən bir üzə çıxan, müalicəsi mümkün olmayan ölümcül xəstəlik yayılıb.
“Report” xəbər verir ki, bu xəstəlik Ağcabədinin Kəhrizli kəndində Bakir Qəhrəmanova məxsus fərdi təsərrüfatda sahə baytar həkimi tərəfindən aşkar edilib.
Sahə baytar həkimi İlham Zeynalov bildirib ki, bu xəstəlik ölümcül və nadir xəstəlikdir:
“Bu hər il yayılan xəstəlik deyil. Bu xəstəlik 10 - 15 ildən bir tək – tək təsərrüfatlarda yayılır. Əsasən mal bazarında və mal-qara içərisinə yeni heyvanlar gətirildikdə, həmçinin heyvanlarda olan gənələrdən yarana bilir”.
Sahibkar Bakir Qəhrəmanov bildirib ki, xəstəlik aşkar olunandan bu günə qədər təsərrüfatında olan iribuynuzlu və xırdabuynuzlu mal-qaranın bir neçəsi tələf olub:
“Sahə baytarları evə qədər gəlib, mal-qaraya baxırlar, müalicə edirlər, vaksin və peyvənd vururlar. Həkimlər əziyyət çəkirlər, ancaq gördükləri işlərin bir xeyri yoxdur. Heyvanların tələf olmasının qarşısının alınması üçün həkimlərin gördüyü tədbirlər nəticəsiz qalıb. Xəstəliyə yoluxduqdan sonra bir neçə gün ərzində səkkiz baş iribuynuzlu, iki baş isə xırdabuynuzlu mal-qara tələf olub. Gəlirlər, əziyyət çəkirlər, müalicə edirlər, amma onun dərdini dəqiq tapsaydılar, heyvanımın biri ölərdi, ikisi ölərdi, 8 baş heyvanım ölməzdi”.
Sahibkar Allahverdi Qəhrəmanov isə deyir ki, heyvanlar tələf olmamışdan əvvəl gözləri və ayaqları tutulur:
“Elə bir xəstəlikdir ki, yoluxdusa, mütləq heyvan ölür. Heç bir müalicə bu xəstəliyə yoluxan heyvanı tələf olmaqdan xilas edə bilmir”.
Nadir hallarda rast gəlinən bu xəstəlik mütəxəssislərin bildirdiyinə görə, yoluxucu deyil. Təmas zamanı nə heyvana, nə də insana keçici xüsusiyyəti yoxdur. Xəstəliyin yayılma qorxusu olmasa da, aşkarlandığı təsərrüfatda olan heyvanların məhv olma təhlükəsi daha böyükdür. Bu xəstəliyin qarşısının alınması üçün peyvənd olmasa da, təsərrüfat sahibləri bunun qarşısını öncədən qismən də olsa, ala bilərlər.
Sahə baytar həkimi İ.Zeynalovun sözlərinə görə, bu xəstəliyin heç bir qabalayıcı tədbiri, müalicəsi və peyvəndi yoxdur:
“Bu təsərrüfatda baş verən xəstəlik yaman kataral isitmədir. Heyvanların bu xəstəliyə yoluxmaması üçün ilk növbədə mal-qaranın təmizliyinə, qidalanmasına diqqət yetirib, yaxşı örüşdə gərək otarasan.
Bu xəstəliyə yoluxan mal-qaraların 95 %-i tələf olur, 5 %-inin isə gözləri və ya ayaqları tutulur. Bunun tam müalicəsi yoxdur”.
Rayon baytarlıq idarəsindən bildirildi ki, vətəndaşın təsərrüfatında baş verən tələfat barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Tələf olan heyvanlardan nümunələr götürülərək laboratoriyaya göndərilib. Əldə olunan nəticələr isə xəstəliyin müalicəsinin mümkün olmadığını deməyə əsas verir.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-07-2021, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-07-2021, 11:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29