Yaxşı olar ki, avtomobilə aid bütün sənədlər elektronlaşdırılsın - Ekspertdən ÇAĞIRIŞ
Bir neçə gün öncə Baş Dövlət Yol Polisi bildirib ki, avtomobillərin qeydiyyat şəhadətnaməsinin (texpasportun) forması yenilənib. Artıq bir neçə gündür ki, sürücülərə yeni texpasport təqdim olunur. Həmin sənəd daha kiçik ölçüyə sahib olmaqla yanaşı, həm də onun funksionallığı artırılıb. Yeni nəsil qeydiyyat şəhadətnaməsinin əsas özəlliyi ondan ibarətdir ki, vəsiqə üzərində elektron daşıyıcı var. Məhz burada nəqliyyat vasitəsinə dair bütün məlumatlar öz əksini tapır. Qeyd edək ki, şəhadətnamə kiçik ölçülü olduğu üçün sürücünün onu üzərində daşıması daha rahatdır. Habelə, hər iki səthində qoruyucu elementlər var və onun saxtalaşdırılması qeyri-mümkündür. Əvvəl qeydiyyat şəhadətnamələrində hər hansı bir qeydiyyatın aparılması mümkün idisə, yeni versiyada artıq buna ehtiyac yoxdur.
Mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında deyib ki, ilk baxışda Baş Dövlət Yol Polisinin innovativ bir addım atdığı görünür. Amma Azərbaycanın indiki inkişaf səviyyəsinə, inkişaf etmiş ölkələrin, bəzi qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, artıq bu tip vəsiqələri də arxivlərə vermək olar:
"İnkişaf etmiş ölkələrdə, elə bəzi qonşu ölkələrdə də kağız formada vəsiqələrdən imtina olunur, onları üzərində gəzdirmək məcburi deyil, rəqəmsal vəsiqələrə üstünlük verilir. Yəni, BDYP indiki halda texpasportun ölçüsünü kiçiltməklə onun daşınmasını asanlaşdırmaq prinsipini əsas götürüb. Halbuki, indiki zamanda prinsip olaraq onun daşınmasından imtinanın, rəqəmsal vəsiqəyə keçidin əsas götürülməsi məntiqli, innovativ və daha effektiv olardı. Təəssüf ki, cari ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik kifayət qədər mücərrəd formada qəbul edilib və sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni üzərində gəzdirməli olmasına dair tələbi ləğv etməyib. Düşünürəm ki, həm qanunvericilikdə və həm də İXM-də adı çəkilən müddəaları ləğv etmək, sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni rəqəmsallaşdıraraq onu mütləq olaraq üzərində gəzdirməsi tələbini aradan qaldırmaq doğru olardı. Çünki artıq bütün DYP maşınları bort-kompüterlə təmin edilib. Onlar real rejimdə uyğun informasiya sistemlərinə bağlana bilir. Və onların sürücünün şəxsiyyət vəsiqəsi əsasında onu və avtomobili eyniləşdirmək, nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququnu müəyyən etmək imkanları var".
O.Gündüz əlavə edib ki, internetin olmadığı ərazilərdə də polis öz daxili rabitəsi əsasında bunları müəyyən edə bilir:
"Düşünürəm ki, yalnız xarici vətəndaş olan sürücülər və xarici avtomobillər üçün kağız formatında tələb etmək məntiqli olardı. Ölkədə rəqəmsallaşmanın inkişaf etdiyi indiki zamanda sürücüdən kağız formada sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni tələb etmək, olmadıqda maşını cərimə meydançasına aparmaq indiki halda yolverilməzdir. Ümid edirəm ki, DİN, VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi və BDYP bu qeyd etdiklərimi nəzərə alacaq".
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2021, 08:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2021, 08:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti