reklam
Regionxeberlericom.az » Cəmiyyət » Elton Məmmədovun şirkəti məhkəməyə verildi

reklam

Elton Məmmədovun şirkəti məhkəməyə verildi


“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Bakı-XXI Əsr” MMC-ni məhkəməyə verib.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə hər hansı qeyd yoxdur. İddialara görə isə, “Azərişıq”ın MMC-ni məhkəməyə verməsi külli miqdarda borcla bağlıdır.

"Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 14,9 milyon manat olan Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib.

Ötən il "Bakı-XXI Əsr” MMC yenidən təşkil olunmuşdu. Buna səbəb tərkibindən ayrılma baş verməsi və "Krosvey" MMC-nin yaradılması idi.

Bu ilin mart ayında isə “Bakı-XXI Əsr” MMC-nin fəaliyyətinə xitam verilib. Şirkət "Top Properties” MMC-yə birləşib. Bir ay sonra “Krosvey” MMC də ləğv olunub.

“Bakı-XXI Əsr” MMC-nin sahibi keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub. /Hit.az


Paylaş:


Müəllif : Tarix:
9-07-2021, 23:50
Sikayət   


loading...
Загрузка...