reklam
Regionxeberlericom.az » Cəmiyyət » LGBT bayrağı rəngində oyuncaqlar: təsadüf, yoxsa...? - Diqqət, TƏHLÜKƏ!!!

reklam

LGBT bayrağı rəngində oyuncaqlar: təsadüf, yoxsa...? - Diqqət, TƏHLÜKƏ!!!



Artıq bir müddətdir ki, uşaq oyuncaqları, kitab-dəftər ləvazimatları satılan dükanlarda LGBT bayrağının rənglərini özündə əks etdirən uşaq oyuncaqlarına rast gəlirik. İyun ayı bütün dünyada LGBT icmasının “Qürur ayı” kimi qeyd edilir. Həmin ərəfədə Bakıdakı dükanlarda bu oyuncaqların satışa çıxarılmasını təsadüf hesab etmək olarmı? Ümumiyyətlə, bundan narahat olmağa əsas varmı?

AYNA-ya danışan iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, bu cür rəngli oyuncaqların ölkəmizə gətirilməsi və satışa çıxarılmasının birmənalı şəkildə məqsədli edildiyini demək çətindir: “Bu cür rəngli oyuncaqların uşaqların tərbiyəsində, formalaşmasında cinsi orientasiya ilə bağlı fikirlərinin dəyişdirilməsi niyyəti ilə məqsədli şəkildə edilməsini və ya edilməməsini dəqiq demək çətindir. Lakin bu məsələni hansısa formada tənzimləmək də olar. Fikir versəniz, istifadə olunan rənglər daha çox al-əlvan rənglərdir. Həmin rənglərdən imtina etmək də mümkün deyil, çünki rəng seçimini məhdudlaşdırmış olarıq. Sadəcə rənglərin kombinasiyasına diqqət etmək lazımdır”.

Həmsöhbətimiz sifarişçiləri bu cür məsələlərdə diqqətli olmağa çağırıb: “Bizə xarici ölkələrdən gələn malların əksəriyyəti ölkəmizdəki təsərrüfat subyektlərinin sifarişi ilə gətirilir. Onlar gərək bu cür məqamlara həssas yanaşsınlar. Sifariş zamanı hansısa rənglərin çıxarılması və ya başqa rənglərin əlavə edilməsini istəyə bilərlər. Bu halda LGBT bayrağı rəngində hazırlanması təəssüratı itmiş olur”.

Biznesə müdaxilə məsələsinə qaldıqda isə ekspertin fikri belə olub: “Təbii ki, bu, biznesə müdaxilədir, amma milli-mənəvi, əxlaqi dəyərlərə kölgə salacaq, problem yaradacaq məsələlərdə müdaxilə vacibdir. Burada diqqət etmək lazımdır ki, müdaxilə biznesin özü üçün problem yaratmasın. Tövsiyə xarakterli ola bilər, bu, effekt vermədikdə isə inzibati qaydada müdaxilə edilə bilər”.

“Bayraq şəklində olanlarla bağlı isə ümumiyyətlə, sahibkarlara, satış həyata keçirən subyektlərə birmənalı olaraq tələb qoyulmalıdır ki, bu tip sifarişlər verərkən bu rənglərin, məsələn, 4-dən artığının bir yerdə olmasına icazə verilməsin. Lakin bu tələbin də hansı formada qoyulacağı ilə bağlı prosedur qaydası ciddi şəkildə hazırlanmalıdır”, - deyə Əmirov bildirib.

Onun fikrincə, əgər konkret olaraq bayrağın satışı varsa, dərhal satışdan çıxarılmalıdır: “Yox, bayrağın satışı deyil, həmin rəngdə oyuncaqların, geyimlərin satışıdırsa, satışdan yığışdırılmasını düzgün hesab etmirəm. Yığışdırılsa, sahibkarlara dəymiş ziyan ödənilməlidir. Ola bilsin, sahibkar bilməyib. Buna görə qadağadan əlavə sahibkarlar məlumatlandırılmalıdır da”.

Sosioloq Əhməd Qəşəmoğlu isə AYNA-ya şərhində deyib ki, bu cür işlər mədəniyyət, mənəviyyat sistemimizə təsir etmək istəyən qüvvələrin əlində hər zaman bir vasitə olub: “Bəli, bundan narahat olmaq lazımdır. Bu, mənim təxminən dediyim bir söz deyil. Sosial psixologiyada kifayət qədər araşdırılmış məsələdir. Bu cür işarələrin yayılması mədəniyyət sistemimizə müdaxilə edən qüvvələrin əlində hər zaman bir vasitədir. Təşkilatlar bundan kifayət qədər istifadə edir. Ara-ara köynəklərin, çantaların üzərində yaymaqla əvvəl-əvvəl insanların diqqətini çəkirlər və zamanla həmin rəmzlər, işarələr insanların təhtəlşüurunda özünə yer edir, adiləşir, doğmalaşır”.

“Əlli il əvvəl bir zənci şəklini hansısa kənddə kiməsə göstərsəydin, deyəcəkdi “o yana çək”. Oraya bir zənci gəlsə idi, camaat bir qəribə qarşılayardı. Amma zəncilərin iştirak etdiyi çoxlu filmlər, şəkillər yayıldı. O qədər adiləşdi ki, indi Azərbaycanın ucqar kəndindən olan hansısa bir qız zənciyə ərə gedir. Burada qeyri-adi nəsə görmür”, - deyə mütəxəssis vurğulayıb.

Qəşəmoğlu bu məsələni də həmin qəbildən sayır: “İndi də nəyinsə yayılmasını təsadüf saymayın. Müəyyən qrup adamlar istəyirlər ki, sözügedən rəmzlər Azərbaycanda yayılsın, adiləşsin. Bunda maraqlı olan qüvvələr var. Onlar dünyanın başqa yerlərində, o cümlədən də Azərbaycanda bunu yaymaqda maraqlıdırlar. Ona görə də bu məsələlərə etinasız yanaşmaq düzgün deyil. Diqqətli olmaq lazımdır”.


Paylaş:


Müəllif : Tarix:
10-07-2021, 09:13
Sikayət   


loading...
Загрузка...