reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda uşaqlar koronavirusa yoluxmur? - “Adi virus infeksiyası kimi müalicə edib, yola salırıq”

reklam

Azərbaycanda uşaqlar koronavirusa yoluxmur? - “Adi virus infeksiyası kimi müalicə edib, yola salırıq”



"Uşaqlarda COVID-19-un xarakterik xüsusiyyətlərindən biri də ilkin mərhələdə koronavirusun digər yoluxucu xəstəliklərin “maskalarının arxasında gizlənməsidir”.

Bu barədə Moskvanın baş pediatrı, Z.A Başlyaeva adına Uşaq Şəhər Klinik Xəstəxanasının baş həkimi İsmayıl Osmanov uşaqlarda koronavirus xəstəliyinin gedişatının xüsusiyyətlərindən danışarkən bildirib. Onun sözlərinə görə, virus xüsusən bağırsaq infeksiyaları, kəskin cərrahi və ya ürək-damar xəstəlikləri adı altında gizlənir.

Osmanov vurğulayıb ki, bəzi hallarda koronavirusun gedişatı çox ağır ola, hətta xəstəxanaya yerləşdirilmə ilə nəticələnə bilər.

Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma hansı səviyyədədir? Müalicə tədbirləri necə gedir?

Mövzu ilə bağlı Cebhe.info-ya həkim-pediatr Aytən İsmayılzadə danışıb.

O, uşaqlarda koronavirusun aşkarlanması məqsədilə yaxma nümunələrinin götürülməli olduğunun nəzərə çatdırıb:

"Hərarətli uşaq üçün təcili yardım çağırılır, həkim, tibb işçiləri yaxma götürülməsinə ehtiyac görmür. Vəziyyət ümumilikdə uşaqlarda necədir, bu barədə dəqiq nəsə deyə bilməyəcəyik. Xəstəliklə bağlı gələn uşaqları adi virus infeksiyası kimi müalicə edib, yola salırıq. Hamısına kəskin respirator virus infeksiyası diaqnozu qoyuruq. Çünki diaqnostikadan ötrü özəl klinikalarda 50-60 manat yaxma üçün pul ödənilməlidir. Ötən günlərdə 39°C temperaturu olan uşaq üçün təcili yardım gəlib. Yaxma götürüləcəyini soruşdum, dedilər ki, ehtiyac yoxdur. Nəyə görə ehtiyac olmadığını anlamadım. Hərarət və digər simptomlar varsa, uşağın sabahkı ağırlaşmasını nəzərə almalıyıq.

Sonradan götürülən yaxma öz nəticəsini göstərməyəcək. Qanda anticizm yaranacaq və səbəb bilinməyəcək. Analizi vaxtında götürmək lazımdır. Şəhər poliklinikalarında analiz ümumiyyətlə, götürülmür. Valideynlər də yay qripi və s. deyib xəstəliyin səbəbini qəbul etmirlər. Ola bilər ki, virus mutasiyaya uğrayıb uşaqlarda fərqli keçsin. Yeni virusdur, bunu qabaqcadan bilmərik. Hazırda uşaqların əksəriyyəti xəstədir. Koronavirus şəkil dəyişdirdiyinə görə biz bunu təyin edə bilmirik.

Hər halda virusu təyin etmək üçün yaxma götürülməlidir. Yaxmanın uşaqlardan götürülməsi ən azı Azərbaycanda koronavirusun statistikasına da təsir edər. Həm də digər bir sindrom inkişaf edəndə koronavirusla bağlı olub- olmadığını təyin edə bilərik.

Mütəxəssislər 12 yaşdan yuxarı uşaqlara vaksinin vurulmasını məsləhət görürlər”.

Həkim bildirib ki, xüsusi risk qrupu daşıyan uşaqlar var:

“Məsələn, xroniki böyrək xəstəliyi, şəkərli diabeti olan uşaqların immuniteti nəzərə alınaraq, onlara vaksin vurulmamalıdır.Təlimatda isə 18 yaşdan aşağı uşaqlara vaksinin vurulmaması yazılır. Ölkəmizdə yaxma hələ götürülmür, indiki halda isə onların peyvəndlənməsindən danışmaq tezdir".



Paylaş:


Müəllif : Tarix:
12-07-2021, 12:06
Sikayət   


loading...
Загрузка...