“Uşaqlar "Delta" variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirlər” - Diqqət, TƏHLÜKƏ!!!
Dünya üzrə koronavirusa yoluxma sayı artıb, yazını hazırladığımız zaman bu say 187 642 740 nəfər təşkil edirdi. Virusdan ölənlərin sayı 4 049 289, sağalanların sayı isə 171 597 756 nəfər olub. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (34 732 753 nəfər), Hindistan (30 874 376 nəfər), Braziliya (19 089 940 nəfər), Fransa (5 812 639 nəfər) və Rusiyadır (5 783 333 nəfər).
Azərbaycanda da koronavirusa yoluxan 337 254 nəfərin 4 984-ü ölüb, 330 762 xəstə sağalıb. Son statistikaya əsasən infeksiyaya 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb. Göründüyü kimi, son günlər yoluxma sayı iki rəqəmlidən üç rəqəmliyə keçib. Bizdə də yoluxma artan temp üzrə gedirmi? Bu gedişat təkrar qapanmaya səbəb ola bilərmi? Bəzi ölkələr artıq yenidən sərt karantin rejimini tətbiq edib.
Yeri gəlmişkən, Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov bildirib ki, daha çox törəmə qabiliyyətli virus variantlarının ortaya çıxması istisna edilmir: “Yüksək ehtimalla deyə bilərik ki, yayılma baxımından digərlərinə nisbətdə üstünlüklərə malik ştammların olması mümkündür. Çox güman ki, bu, virusun məhz yoluxdurmağa ehtiyacı var. Bizi öldürməsi onun üçün sərfəli deyil, ona görə də bu virus daha çox yoluxdurucu olmaq məqsədi daşıyır”.
Professor qeyd edib ki, koronavirusun təhlükəsiz virus olduğu barədə fərziyyələr ortadan qaldırılmalıdır: “COVİD-19-un ölüm nisbəti qripdən on qat daha yüksəkdir. Dünyada artıq dörd milyondan çox insan bu xəstəlikdən ölüb. Bundan əlavə, COVİD-19 getdikcə qarşılaşdığımız fəsadlarla xarakterizə olunur”.
İnfeksionist-hepatoloq Mərdan Əliyev son epidemioloji vəziyyətlə bağlı “Yeni Müsavat”a danışıb: “Hansı ölkədə ”Delta" ştammı yayılıbsa, orada qapanmalara gedilir. Çünki onun yoluxma sürəti daha çoxdur. Bizdə “Delta” ştammının olub-olmamasını yoxlamaq üçün genetik analiz lazımdır. Bu da yalnız Hematologiya İnstitutunda mümkündür, indi hazırda orada yoxlama işləri gedir. Biz hələ dəqiq bilmirik ki, bizdə bu ştammla bağlı vəziyyət nə yerdədir. Buna görə gözləyirik, yoluxma sayı ilə bağlı rəqəmlərə diqqət edirik. Toylar da yeni başlayıb, növbəti mərhələdə biləcəyik, yoluxmanın sayında artım olacaq, ya yox. Təbii ki, sürətli artım olarsa, karantin qaydalarının sərtləşdirilməsinə gedilə bilər. Amma hazırkı rəqəmlərlə olmayacaq. Üzü payıza doğru qapanmalara gedilə bilər. Çünki payız fəsli yoluxmanın artmasına əlverişli şərait yaradır".
Bununla belə, infeksionist hesab edir ki, əvvəlki kimi sərt karantin qaydaları tətbiq edilməyəcək: “Buna ehtiyac da görmürəm. Bizdə birinci, ikinci dalğada olduğu kimi sərt qaydalar olmayacaq. Ola da bilməz. Çünki burada həm vaksinasiya öz işini görür, həm də yoluxub sağalanlar var. Təbii immunizasiya baş verib. Əhalinin böyük hissəsi də yoluxub, sağalıb. Burada söhbət həm rəsmi, həm də qeyri-rəsmi yoluxmalardan gedir. İnsanların bir qismi yoluxub sağalıb, bir qismi də peyvənd olunub. Çox az bir qismi qalıb ki, peyvənd olunmayıb və yoluxmayıb. Yoluxmalar əsasən bu insanların hesabına olacaq. Həmin əhali hissəsinin sayı az olduğu üçün epidemioloji vəziyyət əvvəlki kimi olmayacaq, qapanmalar da əvvəlki kimi olmayacaq. Yenə də maska taxmaq, sosial məsafə saxlamaq, fərdi gigiyena qaydalarına riayət etmək yenə də tələb olunacaq. Əgər artmaların sayı çox olarsa, payızda metronun bağlanması gözlənilə bilər. İctimai nəqliyyat yenə həftə sonları bağlana bilər. Amma həftəiçi də avtobusların sayı artırılmalıdır və maskalardan istifadəyə nəzarət olunmalıdır ki, yoluxma sayında artmaya səbəb olmasın. Toylara da müəyyən qədər məhdudiyyət qoyula bilər. Məsələn, 50 nəfərdən ibarət mərasimə icazə verilə bilər”.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev COVİD-lə bağlı son elmi yeniliklər barədə məlumat verib: “Norveçdə Long COVİD ilə bağlı yeni tədqiqat dərc edilib. Tədqiqatda gənc yaşda virusa yoluxub xəstəxanaya yerləşdirilməyə ehtiyac olmayan şəxslərdə xəstəlikdən 6 ay sonra: 28%-i iybilmənin itməsindən, 21%-i xroniki yorğunluqdan, 13%-i təngnəfəslikdən, 13%-diqqət pozğunluğundan və 11%-i isə yaddaş pozğunluğundan əziyyət çəkib.
Almaniyanın Heidelberg şəhərində Long COVID ilə bağlı olan çox önəmli elmi tədqiqat göstərir ki, 5 ayda simptomları hələ də qalan şəxslərin çoxu bu simptomları düz 1 il daşıyır. Beynin virusun təsirindən nə qədər zərər görməsi də tədqiqatda göstərilir".
Tibb elmləri doktoru əlavə edib ki, uşaqlar “Delta” variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirlər: “İngiltərədən olan ən son elmi statistik rəqəmlər bizə payızda məktəblərlə bağlı çox ehtiyatlı olmağı göstərir. Belə ki, orada may ayının sonunda 1 həftəlik tətilə, ona qədər isə məktəblərdə aparılan test strategiyalarına və məsafə qaydalarına əməl olunmağa baxmayaraq ”Delta" variantının peyvənd olunmayanlar və ya az doza ilə peyvənd olunanlar arasında kifayət qədər qalxmağının şahidi oluruq.
Artıq elmi aspektdən baxdıqda deyə bilərik ki, dünyanın ən gənc nəsilləri, yəni uşaqlar Delta variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirər. Ciddi təhlükələrdən də biri onların Long COVİD problemləri olacaq. Onlar mütləq qorunmalıdırlar, Azərbaycanda uşaqları qorumaqla bağlı tədbirlər planı artıq hazır olmalıdır.
İsraildə aparılan son epidemioloji təhlillər Biontech/Pfizer-in Delta variantına qarşı effektivliyinin 64%-ə endiyini göstərir. Əgər payız aylarında yoluxma orada çoxalarsa, effektivliyin qeyd edilən formada olması ciddi problemlər yarada bilər.
Biontech/Pfizer peyvəndinin ürək əzələsinin ciddi iltihabına səbəb olması barədə elmi tədqiqatların müəyyən hissəsi yekunlaşır. Ümumiyyətlə, mRNA peyvəndlərinin (Biontech/Pfizer və Moderna) yan təsiri kimi ürək əzələsinin iltihabı məsələsi müzakirə olunur. Qərarı çətinləşdirən odur ki, COVİD-19 virusuna yoluxarkən də ürək əzələsinin iltihabı kimi ağırlaşmaya rast gəlinir. Bu iki halı, yəni peyvənddən sonra və COVİD-19-dan sonra müqayisə edəcək ciddi elmi tədqiqatı aparmaq isə çox çətindir.
Scripps Center La Jolla -dan olan tədqiqat sübut edir ki, COVİD-19-dan sonra ürəyin funksiyası bəzən aylarla pozulur. Dəqiq səbəbləri elmi olaraq hələ də araşdırılır.
Yeni “Novavax” peyvəndi haqqında önümüzdəki aylarda daha çox eşidəcəksiniz, onunla bir çox kasıb ölkələr də vəziyyətdən çıxarılmağa çalışılacaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2021, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2021, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16