reklam
Regionxeberlericom.az » Cəmiyyət » 15 yaşlı qızını ərə verən valideynlər polisə çağırıldı - YENİLƏNİB + VİDEO

reklam

15 yaşlı qızını ərə verən valideynlər polisə çağırıldı - YENİLƏNİB + VİDEO


Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər təsdiqini tapıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

Bildirilib ki, araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb:

“Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb”.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
13-07-2021, 13:48
Sikayət   


loading...
Загрузка...