Azərbaycanın seçdiyi "CoronaVac": - COVAX peyvənd vermədi, ümid buna qaldı
Koronavirusun “Delta” ştammının sürətlə yayıldığı, yoluxma və ölüm hallarının yenidən artdığı bu günlərdə bir sıra ölkələrin səhiyyə rəsmiləri indiyədək iki doza vaksin vurulmuş şəxslərə gücləndirici, üçüncü dozanın vurulması haqda danışırlar.
Xüsusən də Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksininin kütləvi şəkildə vurulduğu ölkələrdə yoluxmanın artması nəticəsində gücləndirici doza kimi Qərb şirkətlərinin vaksinlərinin vurulmasının mümkünlüyü araşdırılır.
Azərbaycan əhalisinə əsasən kütləvi şəkildə iki dozadan ibarət “CoronaVac” vaksini vurulub. Qərb dövlətlərinin dəstəklədiyi vaksinlərin 3-cü gücləndirici doza kimi təklif edilməsi və “CoronaVac”ın keyfiyyəti müzakirə mövzusudur.
Bununla bağlı Cebhe.info-ya danışan tibb eksperti, professor Adil Qeybulla Azərbaycanda kütləvi şəkildə “CoronaVac” vaksinindən istifadə edilməsini ədalətsiz hesab edib:
“Azərbaycan “CoronaVac” vaksinini nəyə görə aldı? Ona görə ki, o vaxtı COVAX platforması bizə vaxtında vaksin vermədi.
Məsələn, Kanada öz əhalisi üçün daha çox vaksin aldı, amma Azərbaycana vaksin verilmədi. Hər bir ölkə öz imkanına görə bu vəziyyətdən istifadə etdi. Ölkəmizə qarşı ədalətsiz münasibətdən sonra Türkiyənin köməkliyi ilə “CoronaVac” vaksinini əldə edə bildik. Türkiyə olmasa, bunu da əldə edə bilməyəcəydik. O vaxt bu zəruri bir addım idi. İndi “Pfizer”, “Moderna”, “AstraZeneca” kimi vaksinlərin ölkəmizə gətirilməsi mümkündür. Hesab edirəm ki, 3-cü doza gücləndirici vaksin kimi bunlar ola bilər”.
““CoronaVac”ın tərkibi keyfiyyətlidirmi?” sualına cavab olaraq Adil Qeybulla bildirib ki, hər şey nəticəyə görə dəyərləndirilə bilər:
“Hər halda “CoronaVac” istənilən effekti vermir. “CoronaVac” vaksinindən sonra yenidən yoluxma halları olub, onlarda immunitet yaranmayıb. Ümumudünya Səhiyyə Təşkilatının (ÜST) reyestirinə 4 peyvənd daxildir: “Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson”. Ümimilikdə isə qeyd edim ki, reyestrə daxil edilən vaksinlər keyfiyyətli hesab etmək olar.
“AstraZeneca” vaksininə qarşı vaksin bazarında bəzi ittihamlar oldu. Lakin Böyük Britaniyanın əhalisinin əksəriyyəti bu vaksinlə peyvənd olunub. Qeyd edim ki, bu ölkədə epidemioloji vəziyyət Avropa ölkələri içərisində çox yaxşıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2021, 14:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2021, 14:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52