reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bəzi sahələrdə vaksin vurdurmayanlar işdən çıxarıla bilər - Komitə sədrindən XƏBƏRDARLIQ

reklam

Bəzi sahələrdə vaksin vurdurmayanlar işdən çıxarıla bilər - Komitə sədrindən XƏBƏRDARLIQ



“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Qeyd edək ki, Azərbaycanda vaksin vurdurmaq könüllü olsa da, artıq bir neçə ölkədə bu proses daha da sürətli aparılması üçün məcburi hala gətirilib.

Maraqlıdır, Azərbaycanda da peyvəndlənmə məcburi ola bilərmi?

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, həkim Musa Quliyev Azərbaycanda vaksinasiya prosesinin məcburi xarakater dayışa biləcəyi barədə mümkün ehtimalları Modern.az-la bölüşüb.

Onun sözlərinə görə, xarakterindən asılı olaraq, peyvəndlənməyən şəxslərin işdən azad olunması mümkündür:

“Azərbaycanda vətəndaşı peyvənd olunmağa məcbur etməyəcəklər. Sadəcə, işin xarakterindən asılı olaraq bəzi yerlərdə ola bilər ki, peyvəndlənməyən şəxslər işdən azad olunsunlar. Məsələn, tibb, təhsil - bir sözlə, vətəndaşlarla ünsiyyətdə olan sahə işçilərinin vaksinasiyası vacibdir. Həmin sahə işçiləri şüurlu şəkildə bunu başa düşməlidir. Həm özlərini, həm də vətəndaşları qorumaq üçün vaksin vurdurmalıdılar”.

Deputat deyib ki, ilin sonuna kimi vaksinasiya prosesini sürətli davam etdirsək, məhdudiyyətlərə ehtiyac olmayacaq:

“Ola bilər Azərbaycanda vaksinasiya prosesinin daha da sürətli aparılması üçün bir sıra məhdudiyyətlər tətbiq olunsun. Amma hələ ki bizdə vaksinasiya prosesi normal davam edir. Hesab edirəm ki, bu ilin sonuna qədər vaksinasiya prosesini belə uğurlu davam etdirsək, məhdudiyyətlərə və məcburiyyətlərə ehtiyac qalmaz.

Amma monitoriq aparılsa və ya Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi sahələrdə vaksinasiyanın aparılmasına mütləq qaydada qərar versə, bunu məqbul hesab etmək olar. Çünki dünya təcrübəsi bunu göstərir ki, vaksinasiya olunmayan şəxslər həm özləri, həm də ətrafdakılar üçün təhlükə mənbəyi kimi qalır”.

Azərbaycanda əhalinin vaksinasiyası 2021-ci il yanvar ayının ortalarından başlayıb.

Hazırda ölkəmizdə Çin istehsalı olan “Sinovac” (və ya “Koronavac”), Rusiya istehsalı olan “Sputnik V”, Britaniya və İsveçrənin birgə istehsalı olan “AstraZeneca”, ABŞ və Almaniyanın birgə istehsalı olan “Pfizer” vaksinlərindən istifadə edilir.

Rəsmi məlumata görə, dünənə kimi Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 4 108 514, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 475 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 1 633 334 təşkil edir.



Paylaş:


Müəllif : Tarix:
13-07-2021, 14:11
Sikayət   


loading...
Загрузка...