Koronavirus pasportu alacaq şəxslərin DİQQƏTİNƏ
COVID-19 sertifikatları “myGov.az” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, vətəndaşlar COVID-19 immunitet və COVID-19 peyvənd sertifikatlarına “myGov” portalında “Məlumatlarım” bölməsində baxa bilərlər. Bununla yanaşı, şəxsi kabinetdə “Qurumlar üzrə” bölmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olaraq müvafiq sertifikatlara baxmaq mümkündür.
“myGov” şəxsi kabineti üzərindən vətəndaşlara COVID-19 testinin nəticəsi, habelə vurulan birinci və ikinci dozanın tarixləri haqqında da bildirişlərin göndərilməsinə başlanılıb.
İmmunitet sertifikatı son 6 ay ərzində yoluxmuş şəxslərə verilir. Peyvənd sertifikatı isə birinci və ikinci doza vaksini vuran vətəndaşlara təqdim olunur. Peyvənd sertifikatında sənədin nömrəsi və verilmə tarixi, həmçinin vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), birinci doza, ikinci doza haqqında məlumatlar və QR kod öz əksini tapıb. İmmunitet sertifikatında isə sənədin nömrəsi və verilmə tarixi, vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), testin adı, son pozitiv nəticənin tarixi, qüvvədə olma müddəti haqqında məlumatlar və QR kod yerləşdirilib.
“Android” və “iOS” əməliyyat sistemi istifadəçiləri COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına “myGov” mobil tətbiqindən də baxa bilərlər.
Elektron Hökumətin İnkişafı Mərkəzi elektron xidmətlərə dair vətəndaşlar arasında mütəmadi olaraq sorğular aparır, toplanan rəy və təklifləri təhlil edərək, təkmilləşdirmə işləri həyata keçirir. Bu rəy və təkliflərin təhlili nəticəsində “myGov” mobil tətbiqində bir sıra yeniliklər vətəndaşların sərəncamına təqdim edilib.
“ASAN ödəniş” mobil tətbiqi üzrə bir sıra ödənişlərin “myGov” mobil tətbiqinə inteqrasiyası həyata keçirilib. Vətəndaşlara “myGov”da “daşınmaz əmlak məlumatlarım” bölməsində daşınmaz əmlak haqqında məlumatları yükləmək imkanı yaradılıb, mobil tətbiqin dizaynında bir sıra yeniliklər də tətbiq olunub.
“myGov” mobil tətbiqini aşağıdaki linklərdən yükləmək mümkündür.
"Android": https://play.google.com/store/apps/details?id=az.gov.my
"iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2021, 15:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2021, 15:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09