reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda koronavirusla bağlı son vəziyyət AÇIQLANDI

reklam

Azərbaycanda koronavirusla bağlı son vəziyyət AÇIQLANDI

Azərbaycanda koronavirus infeksiyasına daha 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9365, ötən müddət ərzində isə ümumilikdə 3 867 916 test aparılıb.


Paylaş:


Müəllif : Tarix:
13-07-2021, 16:51
Sikayət   


loading...
Загрузка...