Vaksinlər yeni ştammlara qarşı effektiv deyil - Hər kəs şokdadır
Koronavirusa qalib gəlmək üçün indiyədək dünya əhalisinin COVID-19-a qarşı kütləvi peyvənd olunması tələb olunsa da, yeni ştammların yayılması vaksinasiyanın effektini şübhə altına alıb. Bu günlərdə bu barədə açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, yeni koronavirus ştammlarının yayılması peyvəndlənmə sürətini üstələyir.
O bildirib ki, ölkələr arasında peyvəndin qeyri-bərabər şəkildə paylanması davam edərsə, koronavirusla mübarizədə elmi irəliləyişin əldə olunması mənasızdır:"COVID-19 ştammları yüksək yoluxuculuq qabiliyyətinə görə vaksinlər üzərində qələbə çalır. Vaksinlərin istehsalında və paylanmasında yaranan bərabərsizlik səbəbindən ştammlar dünyada sürətlə yayılır", - deyə ÜST səlahiyyətlisi bildirib.
Qebreyesusun bu fikri koronavirus əleyhinə vaksinlərin effektivliyinə dair şübhələri artırıb.
Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 əleyhinə vaksinlərin təsiri dərhal özünü büruzə vermir. Onun sözlərinə görə, insan orqanizmində koronavirusa qarşı immunitet bir ay yarımdan sonra özünü göstərir. A.Qeybulla onu da bildirib ki, ÜST-ün reyestrinə daxil olmayan peyvəndlərin immunitet formalaşdırması ilə bağlı müəyyən problemlər var. Professor deyir ki, "Delta" ştammı yeni dalğa yaradacağı təqdirdə qarşıda xeyli çətinliklər olacağı gözləniləndir: "Ona görə də vaksinasiya ilə yanaşı, karantin qaydalarına əməl olunması da şərtdir. Əks halda, vaksinasiya lazımi effekti verməyəcək".
İnfeksionist Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 infeksiyası getdikcə mutasiya olduğu üçün vaksinin təsiri azalacaq. Amma infeksionist bildirir ki, vaksin tamamilə effektsiz ola bilməz: "Vaksinin effektivliyi tamamilə itə bilməz. Baxmayaraq ki, koronavirus mutasiya edir, hər dəfə yeni ştammları meydana çıxır. Britaniyada aparılan ilkin araşdırmada məlum olub ki, vaksinin hər iki dozasını alanların virusun istənilən ştammına qarşı immuniteti 90 faizdir. Bir doza alanlarda isə bu rəqəm 33 faiz təşkil edir. Ona görə də demək olar ki, vaksinlərin koronavirusun yeni ştammlarına qarşı qoruyuculuğu var", - deyə infeksionist bildirir.
Qeyd edək ki, rusiyalı epidemioloq Vladimir Dedkov da vaksinlərin yeni ştammlara qarşı effektiv olub-olmamasına münasibət bildirib. O, deyib ki, mutasiyalara baxmayaraq, COVID-19-la bağlı vaksinlər effektiv olaraq qalır: "Vaksinin davamlılığı elə bir səviyyədədir ki, bu, (mutasiya – red.) heç bir təsir göstərməyəcək. Ona görə də virusun genomunun dəyişməsinə baxmayaraq, vaksinlər yenə də effektiv olaraq qalır", - deyə Dedkov bildirib.
Onun sözlərinə görə, koronavirusun genom strukturunun dəyişməsi onun antigen strukturuna dramatik şəkildə təsir etmir.
Məlumat üçün onu da qeyd edək ki, bir müddət öncə ÜST-ün baş elmi işçisi Sumya Svaminatan təsdiqlənmiş preparatların 100 faiz yoluxmanın qarşısını almasa da, 90 faizdən çox COVID-19-un ağır formasından qoruduğunu bəyan etmişdi.
Koronavirusun xüsusilə yüksək dərəcədə yoluxucu olan "Delta" ştammından danışan ekspert bundan qorunmaq üçün qanda "yüksək səviyyədə anticisim"lərin tələb olunduğunu bildirib. "Təcili istifadə olunmaq üçün tövsiyə olunan bütün ÜST peyvəndləri, "Delta" variantının səbəb olduğu ağır xəstəliklərdən, xəstəxanaya yerləşdirilmə və ölümdən qoruyur", - deyə o qeyd etmişdi. Sumya Svaminatan "Delta" variantının çox yayıldığı ölkələrdə aparılan araşdırmalara istinad edib. Həmin araşdırmalara görə, peyvənd olunan insanların xəstəxanaya yerləşdirilmə ehtimalı peyvənd edilməmiş insanlara nisbətən "çox aşağı"dır. "Delta" variantından qorunmaq üçün tam peyvənd kursunu keçmək lazımdır", - deyə ÜST-ün baş elmi əməkdaşı bildirib.
Bildirək ki, bu günə qədər ÜST təcili istifadə üçün yeddi preparat tövsiyə edib: bunlar “Sinopharm” və “Sinovac” Çin şirkətlərinin vaksinləri, ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” kompaniyalarının birgə hazırladığı “Comirnaty” vaksini, Amerikanın “Johnson & Johnson” kompaniyasının bölməsi olan “Janssen” şirkətinin vaksini, Amerikanın “Moderna” şirkətinin vaksini, eləcə də “AstraZeneca” İngilis-İsveç şirkəti və Oksford Universitetinin birgə hazırladığı vaksinin iki variantıdır.
Qeyd edək ki, ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər. Azərbaycanın səhiyyə qurumları qabaqcıl ölkələrin vaksinasiya sahəsindəki təcrübələrini diqqətdə saxlayır və COVID-19 xəstəliyi ilə bağlı elmi yeniliklərin müsbət təcrübələri "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əlavə ediləcək.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09