Sərt karantin SİQNALI: - “… Xəstələrin sayı çoxalır”
Azərbaycanda COVID-19-un "Delta" və "Alpha" variantları aşkar olunub. Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-nin birgə bəyanatında deyilir.
Azərbaycanda aşkar olunan koronavirusun "Delta" (B.1.617 ) və "Alpha" (B.1.1.7 ) ştammları son dövrlərdə ölkəyə xaricdən gələn 31 nəfərdən alınan nümunələrdə aşkar olunub. Koronavirusun bu variantlarının əsas xüsusiyyəti kimi onların sürətlə yayılmasıdır. Artıq bir neçə müddət idi ki, bəzi ölkələrdə “Delta” ştammı yayılırdı. Məhz bu durum cəmiyyətimizdə müxtəlif suallar yaradırdı. Hər kəs koronavirusun bu varinatının ölkəmizdə aşkarlanıb-aşkarlanmayacağına dair fikir mübadiləsi aparırdı.
Sərt qapanmaların əleyhinə olduğunu deyən tanınmış həkim-psixoterapevt Əli Nağıyev “Sherg.az”a bildirib ki, belə qapanmalar ölkəmiz üçün iqtisadi zərbədir:
“Sərt qapanmalar həmçinin insanların psixikasına ciddi zərbə vurur və dərin izlər buraxır. Beləliklə, post-travmatik stress pozuntusu olan xəstələrin sayı çoxalır. Bu da ölkəmizin ümumi inkişafına müsbət təsir etmir. Düşünürəm ki, şəxsi məsuliyyətə köklənmək və vaksinasiyanı tamamlamaq lazımdır.
Əhalimizin mütləq əksəriyyəti vaksinasiya olunmalıdır ki, sərt qapanmalar olmasın. Ən böyük tələb maska və sosial məsafədən qabaq vaksinasiya olmalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və dövlətimizin müvafiq sturukturlarının tələblərinə uyğun olaraq vaksinasiya davam etdirilməlidir. Təbii ki, burada da məcburiyyət yox, könüllülük və məsuliyyətə üstünlük verilməli, vətəndaşlarımız vaksinasiyaya təşviq edilməlidir. Fikrimcə, məsələnin həlli belə olmalıdır. Yoxsa ömrü boyu qapanmalara getməklə həm iqtisadi, həm sosial, həm də psixoloji zərbələr alırıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 19:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 19:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti