Abşeron və Zərdabda karantin qaydalarını pozan toy təşkilatçıları CƏRİMƏLƏNDİ - VİDEO
Abşeron və Zərdabda karantin qaydalarını pozan restoranlar müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən “Tri palma” restoranında pandemiya tələblərinin pozulduğu müəyyən edilib. Araşdırma zamanı toy məclisinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, toy məclisi zamanı qonaqların müəyyən edilən saydan çox olduğu aşkarlanıb.
Baş vermən qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər Elşən Əliyev və İlqar Muradov barəsində qanuna müvafiq tədbirlər görülüb və onlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Zərdab Rayon Polis Şöbəsi də Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının birgə keçirdikləri yoxlamalar zamanı rayon ərazisində yerləşən “Kür” restoranında keçirilən toy məclisində müəyyən edilən saydan artıq şəxsin, yəni 260 nəfərin toplaşdığı aşkar edilib.
Aşkarlanan qayda pozuntusu ilə əlaqədar məclisin təşkilatçısı Elmir Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və o, 4 min manat məbləğində cərimələnib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-07-2021, 18:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-07-2021, 18:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52