İnternetin sürəti qiymətinə uygundurmu? - ARAŞDIRMA
İyun ayında Azərbaycanda həm mobil, həm stasionar internetin sürətinin artdığı bildirilir.
Bu barədə internet sürətini ölçən «Ookla» analitik şirkəti-nin təqdim etdiyi «Speedtest Global Index»-də bildirilir.
Qeyd edildiyinə görə, bu ilin iyununda Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 37,11 Mbit/s təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 2,1 faiz artıb. Cari ilin iyununda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürətinin isə 14,97 Mbit/s olduğu vurğulanır.
Hesabata görə, bu göstərici üzrə 137 ölkə arasında Azərbaycan 66-ci yerdə qərarlaşıb.
Azərbaycanda stasionar genişzolaqlı internetə gəlincə, açıqlamaya görə, trafikinin giriş sürəti 25,59 Mbit/s, çıxış sürəti isə 27,39 Mbit/s təşkil edib. Qeyd olunan nəticələrə əsasən, hesabatda sabit internetin sürəti ilə bağlı reytinqdə də Azərbaycan 3 pillə irəliləyərək 181 ölkə arasında 122-ci yerdə qərarlaşıb.
Hesabata əsasən onun dəyərinə gəldikdə isə mobil internetin qiymətinə görə, Azərbaycan 230 ölkələrin sırasında 100-cü yerdədir.
Beləliklə bütün bunlar Böyük Britaniyanın cable.co.uk analitik nəşrinin məlumatında yer alıb.
Qiymətlər müqayisə ilə …
Orada qeyd edilir ki, Azərbaycanda 1 Gb mobil internetin qiyməti 1,82 dollardır. Müqayisə üçün, Ukraynada bu qiymətin 0,75, Rusiyada 0,29, Belarusda 0,43, Ermənistanda isə 0,76 dollar təşkil etdiyi vurğulanır .
Stasionar internetin qiymətinə gəlincə Azərbaycanda 100 mbit/s internetin də 44,64 dollar olduğu bildirilir.
Eyni həcmli internetin Ukraynada 6,18 dollar, Rusiyada 7,68 dollar, Belarusda 12,96 dollar, Ermənistanda 21 dollar, Türkiyədə 30,09 dollar, Gürcüstanda isə 33,79 dollar olduğu qeyd edilir.
İndi bəzi ekspertlər sual edirlər ki, niyə Azərbaycanda bir sıra qabaqcıl ölkələrlə müqayisədə internet qiymətləri daha bahadır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-ndən «Turan» Agentliyinə bildirilib ki, «Telekommunikasiya haqqında» Qanuna əsasən, bəzi istisnalarla, telekommunikasiya xidmətlərinə görə tarif məsələləri və ödəniş qaydalarını provayderlər-operatorlar həll edirlər:
«2000-ci ildən Azərbaycanda provayder xidmətlərinin göstərilməsi üçün lisenziya olması tələb olunmur, internetin tarifini isə müqavilə bağlayan şirkət və istehlakçı müəyyən edir».
Qurumdan qeyd olunub ki, mübahisəli hallarda tərəflər məhkəməyə müraciət edə bilərlər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda uzun müddətdir ki, internetin keyfiyyəti və qiyməti ilə bağlı problem var: «Dövlət başçısı səviyyəsində də deyilmişdi ki, Azərbaycanda internet yüksəksürətli deyil».
««Qiyməti bazar müəyyən edir» demək doğru olmazdı»
Onun sözlərinə görə, bu hüquqi sənədlərdə də öz əksini tapıb: «Məsələn, Strateji yol xəritəsində qeyd olunurdu ki, Azərbaycan internetinin sürətini yaxın vaxtlarda müəyyən səviyyəyə gətirib çıxarmaq lazımdır. Amma, hələlik, internet o səviyyədə deyil».
Ekspertin fikrincə problemin kökü daha çox qiymətlərin bazar tərəfindən müəyyənləşməməsi ilə bağlıdır :
«Bazarda dövlət provayderlərin xüsusi çəkisi təxminən 50 faizdən yuxarıdır. Dövlət provayderlərin xüsusi çəkisi yüksək olanda «qiyməti bazar müəyyən edir» demək doğru olmazdı. Deməli provayderlərə tabe olduqları dövlət qurumları tərəfindən müəyyən göstərişlər verilməlidir ki, qiymət tənzimlənsin»
O.Gündüz qeyd edib ki, bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni rəhbərliyi internetin keyfiyyəti məsələsini özəl həll etmək istədiyini bildirib:
«Əvvəlki rəhbərliyin dövründə genişzolaqlı internet çəkilmək üçün vacib olan resurslardan, yəni yerin altındakı kabel-kanalizasiyadan yalnız dövlət operatorlarının istifadəsinə icazə vermişdilər. Amma nazirliyin yeni rəhbərliyi elan edib ki, bu inhisarçılığa son qoyulacaq və bu proses yeni başlayıb»
O, hesab edir ki, vahid tənzimləyici qurum yaradılmalıdır : «Hazırkı durum belədir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin öz provayderləri var. Özəl provayderləri də var. Amma kənardan onlara müstəqil, bərabər səviyyədə baxacaq tənzimləyici qurum yoxdur. Həmin qurum bütün provayderlərə eyni əmrlər verir, eyni olan qərarlar verir. Prezident İlham Əliyev yeni naziri qəbul edəndə tənzimləmənin, korporativ idarəetmənin mühüm əhəmiyyət kəsb etdiyini demişdi».
Paylaş:
Müəllif : Yazar
Tarix:19-07-2021, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-07-2021, 09:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29